“Qalanın dibində
bir daş olaydım”
Krım-Kərkük-Qarabağ
sənət və dostluq şöləni
Ankarada
Azərbaycan Kültür Dərnəyi və Krım Dərnəyinin
birgə təşkilatçılığı ilə
“Qalanın dibində bir daş olaydım” adlı Krım-Kərkük-Qarabağ
sənət və dostluq şöləni düzənləndi.
Türkiyə
Milli Təhsil Nazirliyinin Şura salonunda baş tutan mərasimə
Azərbaycan türkləri, Krım tatarları, türkmənlər
daxil olmaqla çox sayda tamaşaçı qatılmışdı.
Salonda Qarabağ, Kərkük və Krım şəhidlərinin
fotolarından ibarət sərgi nümayiş olunurdu.
Tədbirdə
Ankara Keçiören Bələdiyyəsinin sədri Turqut
Altınok, Türkiyə Mədəniyyət və Turizm
Nazirliyi İncəsənət şöbəsinin müdiri
Murat Salim Tokaç, Azərbaycan Mədəniyyət
Nazirliyinin TÜRKSOY-dakı təmsilçisi Elçin
Qafarlı, İraq Türkmən Cəbhəsinin Ankara təmsilçisi
Mehmet Tütünçü, Krım Dərnəyinin sədri
Mükremin Şahin və Azərbaycan Kültür Dərnəyinin
təmsilçiləri iştirak edirdilər.
Açılış mərasimində öncə Qarabağ,
Kərkük və Krım şəhidləri anıldı.
Sonra proqramın bədii hissəsi başlandı.
Abdullah
Alper Qurbaninin dirijorluğu ilə Ankara Türk Dünyası
Musiqi Topluluğu tərəfindən Azərbaycan, Krım və
Kərkük musiqiləri ifa edildi. Sonra Azərbaycan
Kültür Dərnəyi Musiqi Topluluğunun ifasında rəqslər
təqdim olundu. Krım-Tatar Xalq Oyunları Topluluğu da milli
rəqslərini nümayiş etdirdi. Azərbaycan
Kültür Dərnəyi xalq ansamblının ifasında
“Qazağı” rəqsi maraqla qarşılandı. Dərnək tərəfindən yeni qurulan xor Azərbaycan
mahnılarını səsləndirdi.Türkmən TRT sənətçisi
Ahmet Tuzlunun ifasında Kərkük türküləri də
alqışlar qazandı.
Gecəyə
maraq qatan məqamlardan biri də Krım-Tatar
azyaşlılarının Krım xalq rəqslərini ifa etmələri
idi. Konsert Krım türküləri, “Ey gözəl
Krım”, Şenol Talınlının “İrəvan
xanlığının nevelesi” ifaları ilə davam etdi.
Krım-Kərkük-Qarabağ
sənət və dostluq şöləni Krım türkcəsində
“Yaşa mənim xalqım” mahnısının səslənməsi
ilə başa çatdı. Tamaşaçı ilə dolu
zaldakı ruh yüksəkliyi, ifalara münasibət göstərdi
ki, rəngarəng milli geyimlərdə türk dünyası
sənət nümunələrinin ifa olunduğu bu gecə hələ
uzun zaman yaddaşlarda qalacaq.
Mehparə
SULTANOVA
Anka
Mədəniyyət.- 2019.-14 iyun.-
S.8.