“Aypara” muğam
qrupu Litvada
çıxış edib
“Aypara” muğam qrupu Litvaya səfər edib. Azərbaycanın Litvadakı səfirliyinin təşəbbüsü ilə keçirilən Respublika Günü və Azərbaycan diplomatiyasının 100 illiyi ilə bağlı tədbirlərdə xanəndə Gülzar Fərəcova, tarzən Ədalət Behbudov və kamança ifaçısı Pərviz Fərhadov konsert proqramı ilə çıxış ediblər.
Muğam qrupu həmçinin Litvanın bir neçə şəhərində konsert verib, Litva Respublikasının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Birshtonas şəhərində keçirilən şəhər bayramına qatılıb.
Azərbaycanlı musiqiçilər litvalılara xalq mahnılarımız, muğam və təsniflərimizdən ibarət rəngarəng proqram təqdim edib. İfaçılarımızın çıxışları musiqimizə böyük maraq yaradıb və üçlük hər iki respublikanın səfirlikləri tərəfindən musiqi mədəniyyətinin təbliğinə görə diplomlarla təltif olunub.
L.AZƏR
Mədəniyyət.- 2019.-14 iyun.-
S.8.