“Keşikçidağ”
qoruğu beynəlxalq konfransda
təmsil olunub
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun müxtəlif beynəlxalq konfranslarda iştirakı təmin edilir.
Bu günlərdə qoruğun baş elmi işçisi, tarix elmləri namizədi, Bakı Dövlət Universitetinin dosenti Yunis Nəsibli Ukraynanın paytaxtı Kiyevdə keçirilən “Mədəni irsin qorunması kontekstində muzeylər və bərpa: müasir dövrün aktual çağırışları” adlı konfransda iştirak edib.
Yunis Nəsibli konfransda “Mədəni
irsin təbliğatında əldə olunmuş nailiyyətlər və Gürcüstanla sərhəd bölgələrində
yerləşən tarixi abidələrin
qorunması və istifadə edilməsi sahəsində əməkdaşlığın
qurulması” adlı məruzə ilə çıxış
edib. Məruzəçi həmçinin
konfransdakı Gürcüstanın nümayəndə heyəti
üzvlərinin ona ünvanlanan
suallarına ətraflı cavab verib. Məruzə konfrans
iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Mədəniyyət.- 2019.- 19 iyun.-
S.4.