Qusar teatrında yeni
tamaşa
Qusar Dövlət Ləzgi Dram Teatrında Rafiq Rəhimlinin “Sönmüş talelər” əsərinin məşqləri gedir. Tamaşanın quruluşçu rejissoru Əməkdar mədəniyyət işçisi Laləzar Hüseynova, quruluşçu rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi Şaiq Qardaşovdur.
Rollarda Kəmalə Səfərova, Tofiq Mustafayev, Namiq Mustafayev, Sədaqət Əlimuradova, Lalə Qurbanova, Yuri Kərimov və başqaları çıxış edir.
Tamaşanın iyul ayında təqdim olunması nəzərdə tutulub. Teatr gələn mövsümdə sənətsevərlərə repertuarından daha 5 səhnə əsəri – “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Səhnədə məhəbbət”, “Əsir qadın”, “Yeni müdir” tamaşalarını təqdim edəcək.
Tamaşalar Qusar
Mədəniyyət Sarayının səhnəsində nümayiş etdiriləcək. Teatr 27-ci mövsümə iyul
ayının sonunda yekun
vuracaq.
Mədəniyyət.- 2019.- 19 iyun.-
S.4.