Milli Qurtuluş
Günü Tbilisidə də qeyd olunub
Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə muzeyin nəzdində fəaliyyət göstərən rəsm dərnəyi şagirdlərinin əl işləri sərgilənib.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva dərnəyin azərbaycanlı və gürcü şagirdlərinə Milli Qurtuluş Gününün tarixi və əhəmiyyəti barədə məlumat verib.
Tədbirdə məktəbli Səbinə və
Səkinə Hüseynova bacıları Azərbaycanın
xalq və bəstəkar
mahnılarını oxuyublar. Onları Rasim və Ramin Pirməmmədov
qardaşları tar və pianoda
müşayiət ediblər.
Mədəniyyət.- 2019.- 19 iyun.-
S.8.