Sözün qurtuluşundan media azadlığına doğru
Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə
iyunun 14-də “Heydər
Əliyev siyasəti: sözün qurtuluşundan
media azadlığına doğru”
mövzusunda konfrans keçirilib.
Beynəlxalq Mətbuat Mərkəzində
gerçəkləşən tədbiri giriş sözü ilə açan MŞ-nin sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, ümummilli
lider Heydər Əliyevin 1993-cü ildə
hakimiyyətə qayıdışı
dövlətimizin qurtuluş
tarixidir. Bu, ideoloji
bir hadisədir. Çünki Heydər Əliyev
xalqı azərbaycançılıq
məfkurəsi ətrafında
birləşdirdi. Xalqla dövlət
arasında möhkəm
bağ yaratdı.
İnsanlarda dövlətin əbədiyaşarlığına
inam formalaşdırdı.
Ulu öndərin kütləvi informasiya vasitələrinə diqqət
və qayğısı
dövlət siyasətində
də özünü
göstərirdi: “O, jurnalistikanın
missiyasına da müstəsna dəyər
verirdi. Medianın funksiya və
vəzifələrini dövlət
idarəçiliyi baxımından
uzlaşdırmağı məharətlə
bacaran böyük siyasətçi idi”.
Bakı
Dövlət Universitetinin
Jurnalistika fakültəsinin
professoru Cahangir Məmmədli bildirib ki, Heydər Əliyev istər Sovetlər Birliyi dönəmində, istərsə
də müstəqillik
illərində xalq üçün çalışmaq
əzmini ortaya qoymuşdu. Heydər Əliyev əməli
addımları ilə
xalqın milli mənlik şüurunun qorunmasına çalışırdı.
Bu zaman o, medianın
roluna əsaslanırdı.
Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli qeyd edib ki,
1993-cü ilin 15 iyununda
Heydər Əliyevin hakimiyyətə qayıdışı
Azərbaycanın gerçək
müstəqil dövlətçilik
mərhələsinin başlanğıcı
idi. Həmin illərdə dövlətçiliyə
qəsdlər də olurdu. Ulu öndər bu
kimi təhlükəli
meyillərin qarşısına
həm də mediaya güvənərək
çıxırdı. Dövlətin media siyasətinin xüsusiyyətlərindən bəhs
edən V.Səfərli
bu təməlin məhz Heydər Əliyev tərəfindən
qoyulduğunu, Prezident
İlham Əliyevin səriştəsi və həssas yanaşması ilə zənginləşdiyini
vurğulayıb.
Konfransda digər çıxış edənlər Heydər
Əliyevin müəllifi və təşəbbüskarı olduğu nəhəng layihələrin
yalnız Azərbaycanın beynəlxalq arenadakı yeri və rolunu müəyyənləşdirmədi,
ümumən beynəlxalq siyasətin konturlarını dəyişdiyini
vurğulayıb, ulu öndərin media ilə təmaslarında
ayrı-ayrı epizodlara toxunub,
xatirələrini bölüşüblər.
Mədəniyyət.- 2019.- 19 iyun.-
S.4.