Qobustan qoruğunda “Yoqa və sağlamlıq
festivalı”
İyunun 16-da Bakıda, Dənizkənarı
bulvarda Beynəlxalq Yoqa Günü çərçivəsində “Yoqa və sağlamlıq
festivalı” keçirilib. Tədbir Hindistanın
Azərbaycandakı səfirliyinin
tərəfdaşlığı, “YARAT” Müasir İncəsənət
Məkanı və Dənizkənarı Bulvar
İdarəsinin birgə
təşkilatçılığı ilə reallaşıb.
Festival çərçivəsində
tədbirlərdən biri
Qobustan Milli Tarix-Bədii Qoruğunda təşkil edilib. Tədbir Hindistanın
Bakıdakı səfirliyi,
Qobustan Milli Tarix-Bədii Qoruğu və Klassik Yoqa Məktəbinin birgə təşkilatçılığı
ilə reallaşıb.
Qoruğun direktoru Vüqar İsayev ölkəmizdə
yoqa ilə bağlı tədbirlərin
keçirilməsinin ənənəvi
hal aldığını
qeyd edib. Bildirib ki,
əhalinin sağlamlığı,
eləcə də mədəniyyətin, incəsənətin
cəmiyyətin bütün
üzvlərinin gündəlik
həyat tərzinə
çevrilməsi diqqət
mərkəzində saxlanılır.
Yoqa ilə məşğul olmaq həm sağlam həyat tərzidir və həm də bir xoşbəxtlik fəlsəfəsidir.
Qonaqlara Qobustan Milli Tarix-Bədii Qoruğu haqqında da məlumat verən V.İsayev bildirib ki, Qobustan qaya
rəsmləri dünyada
bu tipli abidələrdən ən
zənginidir. Ərazidə Daş dövründən
Son Orta əsrlərə
qədər həyat və məişəti əks etdirən çoxsaylı maddi mədəniyyət nümunələri
– 6 mindən çox qayaüstü təsvir,
20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib.
Qeyd edilib ki, Qobustan Milli
Tarix-Bədii Qoruğundakı
nadir qayaüstü rəsmlərin
geniş təbliği
məqsədilə Prezident
İlham Əliyevin müvafiq sərəncamı
ilə qoruq muzeyi üçün yeni bina tikilib. Bildirilib
ki, dünya əhəmiyyətli tarixi
abidə olan Qobustan qoruğu 2007-ci ildə UNESCO-nun Dünya irs siyahısına
daxil edilib.
Hindistanın ölkəmizdəki səfiri
Bavitlunq Vanlalvavna yoqanın insanın fiziki, əqli və ruhi sağlamlığını
möhkəmləndirən fiziki tapşırıqların
və nəfəs üsullarının vəhdətindən
ibarət olduğunu qeyd edib. İki ölkə
arasında mədəni
sahədə əməkdaşlığın
daha da inkişaf
etdirilməsinin zəruriliyini
qeyd edən səfir gələcəkdə
də belə layihələrin davamlı
olacağını vurğulayıb.
Qədim insan məskəni ilə tanışlıqdan
məmnun qaldığını
söyləyən diplomat ərazidə
aparılmış tədqiqat
işləri və tarixi eksponatlarla da maraqlanıb.
Sonra yoqa təliminə start verilib. Qeyd edək ki, beşinci dəfə təşkil olunan festivalın mövzusu “Sağlamlığın və
təbiətin qorunması,
birlik və bərabərlik”dir.
Mədəniyyət.- 2019.- 19 iyun.-
S.7.