Yubiley bayramlar bir arada

 

 

 

İyunun 14-də Ankarada, ölkəmizin Türkiyədəki səfirliyində 28 May – Respublika Günü, 26 İyunSilahlı Qüvvələr Günü Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə rəsmi qəbul keçirildi. Xatırladaq ki, Respublika Günü ilə bağlı tədbir Ramazan ayına görə ertələnmişdi. Nəticədə bir yubiley iki bayram bir arada təntənəli mərasimlə qeyd olundu.

Qəbulda Türkiyənin rəsmi şəxsləri, Silahlı Qüvvələrin generalları, mədəniyyət, ictimaiyyət xadimləri, Ankarada fəaliyyət göstərən diplomatik korpusun beynəlxalq təşkilatların təmsilçiləri, soydaşlarımız iştirak edirdi.

İki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, səfirliyin hərbi attaşesi, polkovnik Müşfiq Məmmədov Türkiyənin Gənclər idman naziri Mehmet Muharrem Kasapoğlu çıxış etdi.

Xəzər İbrahim çıxışında öncə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından bəhs etdi. Bildirdi ki, ötən əsrin əvvəllərində istiqlalımız qazanılanda olduğu kimi, XX əsrin sonunda suverenliyimiz bərpa olunanda da müstəqilliyimizi ilk tanıyan Türkiyə olub. İki ölkənin bu gün bir-birinə arxa-dayaq olduğunu vurğulayan diplomat qeyd etdi ki, qardaş Türkiyə 100 il əvvəl olduğu kimi yenə bizimlədir.

Polkovnik Müşfiq Məmmədov Silahlı Qüvvələrimizin inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıraraq bu prosesdə Türkiyənin əhəmiyyətli rolundan bəhs etdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğunda əldə olunan nailiyyətlərdən söz açan hərbi attaşe iki ölkənin bu sahədə əməkdaşlığının da davam etdiyini, bu günlərdə NaxçıvandaSarsılmaz qardaşlıq 2019” birgə təliminin keçirildiyini diqqətə çatdırdı.

Nazir Mehmet Muharrem Kasapoğlu da çıxışında iki ölkənin tarixi dostluğunun bu gün davam etdiyini vurğulayaraqAzərbaycanın Türkiyənin sarsılmaz qardaşlığı gücümüzə əlavə güc qatır. Türkiyə dövlətinin qurucusu Mustafa Kamal AtatürkünAzərbaycanın sevinci sevincimiz, kədəri kədərimizidir ümummilli lider Heydər Əliyevin “Biz bir millət, iki dövlətikkəlamları nəsillərə örnəkdir” – dedi.

Sonra səfir Xəzər İbrahim Türkiyənin Sosial xidmətlər ailə naziri Zehra Zümrüt SelçukAzərbaycanmövzusunda rəsmlər çəkmiş azərbaycanlı türkiyəli şagirdlərə təşəkkürnamələr təqdim etdilər.

Mərasim bədii proqramla davam etdi. Qonaqlara Azərbaycanın mətbəx nümunələri təqdim olundu.

 

***

 

Türkiyənin Qars şəhərində isə Milli Qurtuluş Günü, Naxçıvan Muxtar Respublikasının 95-ci ildönümü, Respublika Günü Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib.

Ölkəmizin baş konsulluğunun təşkilatçılığı ilə gerçəkləşən mərasimə rəsmilər, şəhərdə fəaliyyət göstərən Atatürk Universitetinin kollektivi, ictimaiyyət nümayəndələri, ətraf vilayətlərdən gələn qonaqlar qatılıblar.

Baş konsul Nuru Quliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, diplomatik orqanlarımızın təsis edilməsi keçdiyi yol, Naxçıvanın muxtariyyət statusunun qazanılması məsələlərindən danışıb. Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs edən natiq diqqətə çatdırıb ki, 1993-cü ilin 15 iyunu dövlətçilik tariximizdə yeni dövrün başlanğıcıdır.

Açılışdan sonraŞərurXalq yallı ansamblının ifası maraqla qarşılanıb. Sonra iki qardaş ölkəyə həsr edilmiş rəsm sərgisinə baxış olub.

 

Mehparə SULTANOVA

Ankara

 

Mədəniyyət.- 2019.- 19 iyun.- S.8.