“Sonsuz dəhliz”in
yaradıcı heyəti mükafata layiq görülüb
Litvanın Druskininkay şəhərindəki Gənclik Mərkəzində Xocalı soyqırımından bəhs edən “Sonsuz dəhliz” sənədli filminin nümayişi keçirilib və ekran əsərinin yaradıcı heyəti Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) mükafatı ilə təltif olunub.
Tədbirdə filmin qəhrəmanı, Xocalı faciəsinin nəticələrini gözləri ilə görmüş hərbi jurnalist Riçardas Lapaytis, ekran əsərinin baş prodüseri və rejissoru Aleksandr Brokas çıxış ediblər.
BAMF-nin Litvadakı nümayəndəsi Riçardas Lapaytis qonaqları salamlayaraq deyib ki, ekran əsəri müxtəlif ölkələrdə, beynəlxalq kinofestivallarda göstərilsə də, Litvanın cənubundakı bu şəhərdə ilk dəfə nümayiş olunur. Xocalı soyqırımının ötən əsrin ən böyük faciələrindən biri olduğunu diqqətə çatdıran jurnalist bildirib: “Şəhərin hələ də işğal altında olmasına baxmayaraq, indiyədək Xocalı əhalisinin qatillərindən heç biri cəzalandırılmayıb və onlar yalnız öz vicdanları qarşısında məsuliyyət daşıyırlar”.
Rejissor Aleksandr Brokas film haqqında danışıb, filmin ingilis dilində məşhur britaniyalı aktyor, “Oskar” mükafatçısı Ceremi Ayrons tərəfindən səsləndirildiyini diqqətə çatdırıb.
Sonra “Sonsuz dəhliz” filmi nümayiş olunub.
BAMF-nin prezidenti Umud Mirzəyev çıxış edərək
Xocalı hadisələrinin
şahidi kimi yaşanmışları ekranda
yenidən görməyin
çox çətin
olduğunu bildirib. O, tədbirin
təşkilinə dəstək
göstərənlərə təşəkkür edərək
filmin nümayişinin
tarixi həqiqətlərin
yayılmasında əhəmiyyətli
rol oynadığını
deyib.
Sonda göstərdikləri
cəsarətə, Qarabağ
münaqişəsi və
sülhyaratma prosesi haqqında obyektiv məlumatların yayılmasına
verdikləri töhfəyə
görə Aleksandr Brokasa və Riçardas Lapaytisə
BAMF-nin “Ali Qarabağ Mükafatı” təqdim olunub.
Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə “Xocalıya ədalət!” təbliğat kampaniyası
çərçivəsində ərsəyə gələn
“Sonsuz dəhliz” filmi ilk dəfə 2015-ci il iyulun 1-də Britaniya Film və Televiziya İncəsənət
Akademiyasında (BAFTA) nümayiş olunub. Ekran əsəri
“Global Film Awards 2015” müsabiqəsində mükafata layiq görülüb. Filmin İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern və Lüksemburq
şəhərlərində təqdimatı keçirilib.
Mədəniyyət.- 2019.- 19 iyun.-
S.8.