“Çölçü”yə
daha bir mükafat
Rejissor Şamil
Əliyevin “Çölçü” filmi daha bir
mükafat qazanıb. Kino ekspertlərindən
ibarət münsiflərin
“Depth of Field International Film Festival Competition 2019 Film” (ABŞ) müsabiqəsində ekran
əsəri Art-House bölümündə
“Müstəsna mükafat”a
(Exeptional Merit) layiq görülüb.
Qeyd edək ki, Mədəniyyət
və Turizm Nazirliyinin
sifarişi ilə “Azərbaycanfilm”
kinostudiyasında 2012-ci ildə istehsal olunan film ötən
müddətdə 50-dən çox beynəlxalq
festivalda iştirak edərək
30-a qədər müxtəlif mükafatlara
layiq görülüb.
Ssenari müəllifi Vidadi
Həsənov, operatoru Rafiq
Quliyev, rəssamları Rafiq
Nəsirov və İbrahim Aminovdur.
Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov
və başqaları çəkiliblər.
Mədəniyyət.- 2019.- 21 iyun.-
S.8.