Sumqayıt teatrında “Dəfn edilməmiş
ölülər”
Sartrın məşhur əsəri gənc
rejissorun təfsirində
Sumqayıt Dövlət Dram Teatrı bu dəfə səhnəsini gənclərə verib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin diplomçusu, rejissor, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin tələbəsi olmuş Ümid Abbas dünya ədəbiyyatının nəhənglərindən olan Jan Pol Sartrın yaradıcılığına müraciət edərək yazıçının “Dəfn edilməmiş ölülər” psixoloji dramını teatrın əməkdaşlarının iştirakı ilə tamaşaya qoyub.
İyunun 18-də teatrın səhnəsində nümayiş olunan tamaşada rolları Əməkdar artist Cəlal Məmmədov, aktyorlar İlahə Səfərova, Şəmistan Süleymanlı, Kamran Muradlı və Aynur Hümmətova canlandırır. Gənc rejissor Nobel mükafatçısı yazıçı-dramaturqun əsərinə maraqlı səhnə həlli verərək dünyanın əzəli və əbədi mövzusu olan ölüm və olum fəlsəfəsini, müharibələrin daim faciə, səfalət və insanlara bəlalar gətirməsi ilə sona yetməsini öz dəst-xətti ilə təqdim edir.
Xalq artisti, rejissor
Cənnət Səlimova, Mədəniyyət və İncəsənət
Universitetinin rektoru, professor Ceyran Mahmudova, universitetin professoru Fikrət Sultanov, Rusiya Dövlət Teatr və
İncəsənət İnstitutunun professoru, dövlət imtahan
komissiyasının sədri Aleksandr Barmak, komissiya üzvlərindən
Sumqayıt Dövlət Dram
Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov
və başqaları tamaşa ilə
bağlı öz fikir
və tövsiyələrini bildirib, uğurlu tamaşa ilə əlaqədar
gənc rejissoru və teatrın
aktyorlarını təbrik ediblər.
Mədəniyyət.- 2019.- 21 iyun.-
S.5.