İncəsənət məktəbi
şagirdlərinin yeni uğurları
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan F.Əmirov adına 6 nömrəli İncəsənət məktəbinin uğurları sırasına yeniləri əlavə olunub.
Məktəbin fleyta ixtisası üzrə şagirdləri Nigar Bağırlı (X sinif) və Emil Hacıyev (IX sinif) Lixtenşteyndə keçirilən beynəlxalq müsabiqədə I və III yerə layiq görülərək iyulun 11-15-də Monakoda keçiriləcək qala-konsertdə iştirak etmək üçün xüsusi dəvət alıblar. Şagirdlərin müəllimi Arzu Əzizova və konsertmeyster Aidə Əliyeva da diplomla mükafatlandırılıb.
2018-2019-cu tədris ilində məktəbin rəssamlıq
şöbəsinin IV sinif şagirdi
Səma Həsənli (müəllim Aydan Niftiyeva) “Testene Art” beynəlxalq müsabiqəsində II yeri tutub. Rəssamlıq
şöbəsinin I sinif şagirdi
Fərid Əzizli (müəllim Elmar
Ağamirzə) isə F.Köçərli adına Respublika Kitabxanasında keçirilən “Mədəni
irsimizi yaşadaq.
Əsrlərin yadigarı Dədə Qorqud”
rəsm müsabiqəsində III yerə layiq
görülüb.
Mədəniyyət.- 2019.- 21 iyun.-
S.5.