Nizaminin türklüyü
və türklüyə münasibəti
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadənin “Nizaminin türklüyü və türklüyə münasibəti Azərbaycan nizamişünaslığında” monoqrafiyası çapdan çıxıb.
Monoqrafiyada XIX-XX əsrlərdə yaşamış tədqiqatçıların, eləcə də müasir dövr Azərbaycan alimlərinin əsərlərində dahi Nizaminin milli mənsubiyyət etibarilə türk olması, şairin öz əsərlərində türklüyə xüsusi rəğbəti araşdırılıb. Azərbaycan nizamişünaslığını xronoloji ardıcıllıqla təqdim edən Əzizağa Nəcəfzadə mövcud araşdırmalar üzərində təhlillər aparıb.
Kitabın baş elmi məsləhətçisi və ön sözün müəllifi AMEA-nın müxbir üzvü, professor Nüşabə Araslıdır. Monoqrafiyanın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırov, rəyçiləri filologiya üzrə elmlər doktoru Xəlil Yusifli və filologiya üzrə fəlsəfə doktoru İbrahim Quliyevdir.
Kitab Əlyazmalar İnstitutu və AMEA-nın Gəncə
bölməsi arasında birgə elmi tədqiqat
işlərinin aparılması məqsədilə 2017-ci ildə
imzalanmış əməkdaşlıq müqaviləsi
çərçivəsində regional
bölmənin maliyyə dəstəyi ilə nəşr olunub.
Mədəniyyət.- 2019.- 21 iyun.-
S.7.