Nəsiminin qəzəlləri özbək
dilində
Özbəkistanda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə “Cananı sevirəm” adlı qəzəllər kitabı özbək dilində çap olunub.
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə çap olunan kitabı Azərbaycan dilindən tanınmış şair və tərcüməçi Tahir Qəhhar çevirib.
Layihənin rəhbəri və ön
sözün müəllifi AMM-in direktoru Samir Abbasov, elmi məsləhətçisi Sona
Vəliyevadır.
Mədəniyyət.- 2019.- 21 iyun.-
S.7.