“Ər və arvad” Tbilisidə yeni quruluşda

 

 

Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrı dahi bəstəkar Üzeyir Hacıbəylinin “Ər və arvadmusiqili komediyasını yeni quruluşda səhnələşdirib. Səhnə əsərinin quruluşçu rejissoru teatrın bədii rəhbəri Turqay Vəlizadədir. İyunun 19-da Tbilisidə tamaşanın premyerası olub.

Əsərin ideyası ağıllı və tədbirli arvadın (Minnət xanım) müflisləşmiş və düşkünləşmiş ərindən (Mərcan bəy) mənəviyyatca üstünlüyünü açıb göstərməkdir.

Rolları aktyorlar Binəli İslamoğlu, Marianna Məmmədova, Azər Musaoğlu, Aida Tağıyeva, Fazil Bayramov və Mənzər Sadıqova oynayıblar.

 

Mədəniyyət.- 2019.- 21 iyun.- S.2.