Nur-Sultanda heykəltəraş
soydaşımızın sərgisi
Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində azərbaycanlı heykəltəraş Vaqif Rəhmanovun və Narqis Dresslerin əsərlərindən ibarət sərgi açılıb.
Vaqif Rəhmanov və Narqis Dressler müasir incəsənətin müxtəlif istiqamətlərinin vəhdət təşkil etdiyi yeni birgə sərgi təqdim ediblər. Bu, bir növ “əksliklərin vəhdəti və mübarizəsi” fəlsəfi postulatının təqdimatıdır.
Vaqif Rəhmanovun hər bir əsəri sanki şüşədə, daşda və tuncda donub qalmış musiqidir. Müəllif öz heykəllərində analıq, qadınlıq mövzularını, təkcə insanlara deyil, heyvanlara sevgi hisslərini aydın göstərir. Narqis Dresslerin yaradıcılığının təməlində Şərq tətbiqi sənətinin klassik simvolları vasitəsilə tarixi dəyərlərin şərhi dayanır.
Vaqif Rəhmanov
1940-cı ildə Azərbaycanda
anadan olub. 1970-ci illərdə
Surikov adına
Moskva Dövlət Rəssamlıq İnstitutunu
bitirəndən sonra Qazaxıstana köçüb.
Yaradıcılıq yolu burada başlayıb. Bir müddət
Kanadada yaşayıb və işləyib.
Dünyanın müxtəlif ölkələrində
onun sərgiləri təşkil olunur.
Mədəniyyət.- 2019.- 21 iyun.-
S.8.