“Səsin sehri” bədii-qiraət müsabiqəsi yekunlaşıb

   

 

 

İyunun 18-də Beynəlxalq Muğam Mərkəzində böyük şair İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Səsin sehri” bədii qiraət müsabiqəsinin final mərhələsi keçirilib.

Müsabiqə Azərbaycan Televiziyasının layihəsi əsasında “Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşib.

Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyev mütəfəkkir şair Nəsiminin yaradıcılığına böyük diqqət göstərib. Ümummilli liderin təşəbbüsü ilə böyük şairin 600 illiyi ölkəmizlə yanaşı, UNESCO səviyyəsində təntənəli şəkildə qeyd edilib.

Söz ustadının 650 illik yubileyi haqqında Prezident İlham Əliyevin sərəncamına əsasən, ölkəmizdə və xaricdə müxtəlif tədbirlər keçirilir. Dövlət başçısının digər sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ilielan edilib.

Sonra “Səsin sehri” qiraət müsabiqəsi haqqında məlumat verilib. Bildirilib ki, müsabiqədə 4 mərhələ üzrə 14 iştirakçı Azərbaycanın klassikmüasir şairlərinin şeirlərini söyləyiblər. Yekun mərhələdə isə iştirakçılar Nəsiminin qəzəllərini qiraət ediblər.

Qiraətçilərin məharətini xalq artistləri Laləzar Mustafayeva, Əminə Yusifqızı və Əməkdar incəsənət xadimi, professor İlham Rəhimlidən ibarət münsiflər heyəti qiymətləndirib. Ümumilikdə 5 mərhələ üzrə iştirakçılara verilən ballar hesablanaraq qaliblər müəyyən olunub. Qaliblərə mükafatlar təqdim edilib.

Gecədə gənc xanəndələrin ifasında Nəsiminin qəzəlləri ilə muğam parçaları səslənib.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2019.- 21 iyun.- S.4.