İdman, sağlamlıq, dostluq mövzusunda rəsm müsabiqəsi

 

 

 

Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “İdman – sağlamlıq, dostluq, birlik...” mövzusunda rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Bakı şəhərində fəaliyyət göstərən 45 ümumtəhsil məktəbindən 6-10 və 11-14 yaş kateqoriyaları üzrə müsabiqəyə qəbul olunan 159 rəsm işindən 6-sı birinci yer, 12-si ikinci yer və 16-sı üçüncü yerə layiq görülüb. Qiymətləndirmə münsiflər heyəti tərəfindən və sosial şəbəkə vasitəsilə aparılıb.

Müsabiqə Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə iyulun 20-dən 28-dək ölkəmizdə keçiriləcək Avropa Gənclərinin 15-ci Yay Olimpiya Festivalına həsr olunub.

 

Mədəniyyət.- 2019.- 21 iyun.- S.7.