III Respublika Xalq Teatrları Festivalı başa çatdı

 

 

Ümidvaram ki, festival ölkəmizdə teatr sənətinin inkişafına töhfəsini verəcək

 

İyunun 24-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında III Respublika Xalq Teatrları Festivalının bağlanışı qalib kollektivlərin mükafatlandırılması mərasimi keçirildi.

Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, nazir müavini Rafiq Bayramov teatr ictimaiyyətinin nümayəndələri iştirak edirdi.

Öncə səhnəyə Bakı şəhərində respublikanın bölgələrində keçirilmiş baxış-seçim mərhələsində uğur qazanaraq III Respublika Xalq Teatrları Festivalının finalında iştirak edən kollektivlər münsiflər heyətinin üzvləri çıxdı.

Sonra baxış-seçim mərhələsini əks etdirən videoçarx nümayiş olundu. Münsiflər heyətinin sədri, Əməkdar artist Loğman Kərimov çıxış edərək festival haqqında məlumat verdi. Qeyd etdi ki, bu ilin aprel ayı ərzində festivalın Bakıda respublikanın bölgələrində keçirilmiş baxış-seçim mərhələsində uğur nümayiş etdirmiş 13 kollektiv (İsmayıllı, Qəbələ, Beyləqan, Zaqatala, Şabran, Masallı, Şərur, Füzuli, Yevlax, Mərdəkan, Qax, Bərdə, Cəlilabad xalq teatrları) həlledici mərhələdə iştirak imkanı qazanıb. 23-24 iyun tarixində III Respublika Xalq Teatrları Festivalının final mərhələsi Bakı şəhərində keçirilib. Final mərhələsində tamaşalar 23 iyunda R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında (doqquz tamaşa), iyunun 24-də Dövlət Gənc Tamaşaçılar Teatrında (4 tamaşa) nümayiş olunub.

Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan teatrının yarandığı dövrdən uğurlarla müşayiət olunan zəngin bir yol keçdiyini dedi: “Azərbaycan teatrları uzun illər ərzində xeyli uğurlu tamaşalar, layihələr həyata keçirib. Böyük səhnə xadimlərimiz yetişib. O insanlar Azərbaycan xalqının mədəni həyatının inkişafına böyük töhfələr verərək adlarını mədəniyyət tariximizə qızıl hərflərlə yazdırıblar. Bütün bunların əsasında xalqımızın istedadı yaradıcılıq potensialı dayanır”.

Nazir ölkə mədəniyyətinin, incəsənətinin bu gün uğurla inkişaf etdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə mədəniyyətin digər sahələri kimi, teatrların inkişafına da xüsusi diqqət qayğı göstərilir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan mədəniyyəti ölkə hüdudlarını aşaraq dünya miqyasında geniş təbliğ olunur.

Əbülfəs Qarayev III Respublika Xalq Teatrları Festivalının əhəmiyyətini yüksək qiymətləndirdi. Vurğuladı ki, bu gün dövlət teatrları ilə yanaşı, uğurla fəaliyyət göstərən bir sıra xalq teatrları da var. Onlar maraqlı tamaşalar, diqqətəlayiq layihələr ortaya qoyurlar. Nazir ümidvar olduğunu bildirdi ki, festival ölkəmizin teatr sənətinin gələcək inkişafına öz töhfələrini verəcək.

Daha sonra festivalın qaliblərinə mükafatlar təqdim olundu. III yerə Mərdəkan, Zaqatala, Yevlax xalq teatrları, II yerə Cəlilabad, Şərur xalq teatrları layiq görüldü. Şabran rayon Xalq teatrı isə festivalın birincisi elan olundu.

Həmçinin festivalın digər iştirakçı kollektivlərinə müxtəlif nominasiyalarda Mədəniyyət Nazirliyinin diplomları təqdim olundu.

Sonda Şabran rayon Xalq teatrının Xalq yazıçısı İlyas ƏfəndiyevinHökmdar qızıpyesi əsasında hazırladığı tamaşa nümayiş olundu.

 

FARİZ

 

Mədəniyyət.- 2019.- 26 iyun.- S.1-2.