“Nəsimi ili”: klassik ədəbi irsə müasir baxış, milli və bəşəri ideyaların təbliği

 

 

Görkəmli şəxsiyyətlərin şərəfinə bağlanmış il anlayışı çox gözəl ideyadır. “Nəsimi ili”. İlk təşəbbüsün məhz mütəfəkkir şair İmadəddin Nəsimiyə (1369-1417) həsr olunması ikiqat sevinc yaradır. Lakin əsas olan bu gün Nəsimi bizə nə deyir məramıdır. Yəni günümüzdə görünən Nəsimi və insanların klassik düşüncə tərzinə onun təsir imkanları.

İlk olaraq onu qeyd edim ki, Şərqdə həmişə yazarların, şairlərin üzərində müəyyən mübahisələr olub. O mənada ki, müəyyən şairlər milli mənsubiyyətlərindən asılı olmayaraq, yaşadıqları məkanları tez-tez dəyişiblər, bir neçə dildə yazıblar, müxtəlif ölkələrdə yaşayıblar. Bu baxımdan da həmin şairlərə bir çox xalqlar sahib çıxmağa çalışır. Amma Nəsimi elə şairdir ki, onun Azərbaycan mədəniyyətinin yetirməsi olduğuna heç kim şübhə etmirheç kimbuna iddialı deyil. O, bütünlüklə Azərbaycan şairidir və ideyaları təkrarsızdır.

Nəsiminin qəzəllərində nə qədər rəmzlər, Quran ayələrinə istinadlar və çətin kəlmələr olsa da, dilimizin üslubi imkanlarını xeyli genişləndirib. Şairin poetik vüsəti özündən sonrakı ədəbi prosesə aşkar şəkildə təsir göstərib.

Bu gün Nəsimiyə müasir baxış dedikdə ilk olaraq düşüncəmizdə hansı assosiasiya yaranır? Qəribə olsa da, Nəsimi hər kəsin öz içində təsəvvür etdiyi obrazdadır. Biri üçün Nəsimi qiyamçıdır, digəri üçün qəhrəman, bir başqası üçün filosof, yaxud incə ruhlu şairdir. Bu səbəbdən də “Nəsimi ili” çərçivəsində tək Nəsimi şeiri və sənəti təbliğ olunmur. Nəsimi insanların düşüncəsində hansı formada yer alıbsa, yaradıcı insanlar da onu o cür nümayiş etdirirlər. Nəsimi şəxsiyyətindən və onun ideallarından ilhamlanaraq yaradılan rəsm əsərləri, dekorativ-tətbiqi sənət nümunələri, ədəbi və musiqi əsərləri və s.

 

Reallıq, xəyal və məntiqin vəhdəti...

 

Sanki Nəsimi bir günəşdir və onun şüaları sənətin, mədəniyyətin müxtəlif sahələrinə öz işığını saçır. Bu hal elə bil Nəsiminin özünün mövcudluğu deyil, həm də onun müxtəlif insanların ruhunda və düşüncəsində öz həyatını davam etdirməyini göstərir. Nəsimi irsinə müasir yanaşmalara diqqət edəndə biz nəyi görürük? Ötən ilin sentyabrında Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizdə ilk dəfə Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalı keçirildi. Genişmiqyaslı tədbirin proqramı müxtəlif sənət növləri və bilik sahələrini əhatə edirdi.

Festival çərçivəsində təqdim edilən “Bahariyyə” adlı musiqi layihəsi böyük maraq doğurdu. Bu layihə bütövlükdə Nəsimiyə müasir baxışı və eyni zamanda müasir dünyanın diktə etdiyi qaçılmazları bizlərə təqdim edirdi. Layihə həm də muğamelektron musiqinin vəhdəti ilə yadda qaldı. Bahariyyə reallıq, xəyal və məntiqin vəhdətidir. Eksperimentalqeyri-adi musiqi janrlarını özündə ehtiva edən layihənin rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünas Cahangir Səlimxanov idi. İmadəddin Nəsimi yaradıcılığındakı irfani görüşlər, fəlsəfi mülahizələr onun ümumilikdə şeirlərinin ideya özülüdür. Layihə bizə sanki səsin görünən və görünməyən tərəflərindən soraq verir. Nəsimi yaradıcılığı, klassik bəstəkarlarımızın əsərləri, elektron musiqinin insan düşüncəsinə təsiri və səs dizaynının beyinə, ruha təsiri. Bu artıq fərdi baxışların, dünyagörüşlərin ixtiyarındadır. Demək, Nəsimi dühası müasir dünyamızda müxtəlif kontekstlərdə yaşayır. Layihənin əvvəlində yüksələn sənaye səsləri və sonunda səslənən kosmik ritmlər xüsusi simvolik məna kəsb edirdi. İnsanları həqiqət işığına çağıran Nəsimi fəlsəfəsi maarifçilik və mənəvi dəyərlərin, insanın daxili dünyasının təmizliyinin, möhtəşəmliyinin simvoludur.

Layihə rəhbəri C.Səlimxanov bildirir ki, sənətdə qeyri-trivial yanaşmalar daha geniş bədii imkanların ortaya çıxması üçün bir fürsətdir. Bu ideya Nəsimi şeiri vasitəsilə muğamın məzmununu açmağa bir vəsilədir. Bəzən insanlar muğamı başa düşməkdə çətinlik çəkirlər. Ümumiyyətlə, Şərq poeziyasında motivlər eyni olduğu üçün mövzu da eynidir: “Hesab edirəm ki, “Bahariyyə” layihəsi ilə muğamı daha da dərindən dərk edilməsinə nail ola bilərik. Çox vaxt eşidirik, deyirlər ki, muğam kosmosdan gəlib. Amma necə, hansı yolla, mənası nədir? Nəsimi hələ 14-cü əsrdə deyib ki, “məqamatın bəyan eylə, üsulun göstər ədvarın...” Demək, hələ o dövrdə belə inanırdılar ki, musiqi dünyanın ən mürəkkəb məsələlərinin əksidir. Musiqini dinləməklə hər müşkülü asan etmək olar. Ona görə də bizim “Bahariyyə” layihəsinin əsas epiqrafı da budur. Nəsimi sözünün sehri, milli musiqi alətlərimizin möhtəşəmliyi, xanəndənin səs imkanlarının mükəmməlliyi və industrial səslərin, səs dizaynının, elektron musiqinin vəhdətindən yaranan realvirtual dünya arasında cövlan etmək imkanı yaradan “Bahariyyə” dünəndən bu günə yaddaş, bu gündən sabaha isə bir mesaj xarakteri daşıyır”.

Onu da qeyd edək ki, bu il iyunun 14-dən 22-dək Mərakeşdə keçirilən Fəs festivalında “Bahariyyə” layihəsi Nəsimi sözünün qüdrətini bir daha dünyaya bəyan edib.

 

Nəsimi sevdalı notlar

 

Nəsiminin ideyalar aləmi o qədər dərin və zəngindir ki, bədii yaradıcılıq sahələri üçün həmişə mənbə və ilham qaynağıdır. Böyük şair ötən əsrin 70-ci illərindən ədəbi, musiqi və rəsm əsərlərinə mövzu olub. Bu gün də ölməz söz ustadına ithaf olunan sənət əsərləri yaradılır.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə Nəsimi barədə 3 böyük əsər yazıb. Bəstəkar Nəsimi irsini indiki və gələcək nəsillərə tanıtmaq məqsədilə ilk dəfə 1994-cü ildə bu mövzuya müraciət edib. Onun şair haqqında ilk yaradıcılıq işiZikr” əsəridir. Bu əsər türkdilli ölkələrdə çox məşhurdur. Müxtəlif musiqi alətlərinin köməyi ilə Nəsimini zikr edərkən yaşadığı ekstazı, çox sirli hisslərə qapılmağını və səmaya qalxmasını qeyri-adi tembr və səs rəngləri ilə çatdırmağa çalışan bəstəkar mükəmməl bir əsər yarada bilib.

Musiqiçinin Nəsimiyə ünvanlanmış ikinci əsəri “Dərviş” adlanır. 2000-ci ildən 2008-ci ilə qədər məşhur amerikalı violonçel ifaçısı Yoyo Ma və görkəmli muğam ustadı, Xalq artisti Alim Qasımovun ifasında səslənən əsər müxtəlif ölkələrin möhtəşəm konsert salonlarında səsləndirilib və böyük maraqla qarşılanıb.

Dahi şairin çəkdiyi iztirablar daha sonra Firəngiz Əlizadənin “Nəsimi” passionu əsərində tərənnüm olunur. Əsər 2017-ci ildə Amsterdamda, “Konsert Gebauda təqdim olunub və müəllifə şöhrət qazandırıb.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Musiqi nəzəriyyəsi kafedrasının müdiri, professor Könül Nəsirova “Nəsimi” passionu haqqında deyir: “Kompozisiya haqqında düşünərkən mütləq yenilik kateqoriyasını xatırlamaq lazımdır, çünki müasir dövrdə bu anlayış yazı texnikası yox, konsepsiyanın unikallığı ilə müəyyən edilir. “Nəsimi” passionu məhz belə unikal nümunədir və dinləyiciləri, tamaşaçıları valeh edir. Bəstəkar əsərdə dini baxışları ümumbəşəri dəyərlər kimi qiymətləndirir, onların bütün dünya üçün əhəmiyyətli olmasını bəyan edir. Bu zaman müasir musiqi sənətinin kommunikativ problemləri ön plana çıxır. Bəşəriyyətin taleyindəki çətinliklər, həyat disharmoniyası, mənəvi birlik hissiyyatını gücləndirir insan varlığının kökünü anlamaq, yeni bədii mənaların axtarışına gətirib çıxarır. Əsərdə mistik-ruhani fəlsəfə ilə müasir bəstəkar texnikası modern düşüncə dərin vəhdət təşkil edib. Bu əsər mədəniyyətlərarası dialoqa da bir töhfədir”.

Xatırladaq ki, vokal-xoreoqrafik tamaşa ilk dəfə 2017-ci il mayın 18-də Parisdə, UNESCO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyinə həsr olunan tədbirdə nümayiş etdirilib. “Nəsimiyə ithaf” əsəri, Şərqin keçmişindiki zamanının mənəvi mədəniyyətinin, ədəbi, təsviri sənət, musiqi kimi geniş assosiasiyaları ilə əks olunub. Əsərdə Avropa simli alətləri və milli alətlərin sintezindən istifadə edən bəstəkar klassikmilli musiqinin nailiyyətlərindən bəhrələnərək bu iki üsulların əlamətini modernləşdirərək öz təfəkküründə onları orijinal tərzdə dəyişdirib. “Nəsimiyə ithaf” əsərində sintez içində sintezlə rastlaşırıq. Burada Nəsimi obrazı parlaq və inandırıcıdır. F.Əlizadə burada Şərq fəlsəfəsini müasir bəstəkarlıq formasında novatorcasına əks etdirərək Şərq musiqi elementlərini müasirliklə eyni təbəqədə uzlaşdırıb. İki dəfə Bakı səhnəsində nümayiş olunan “Nəsimiyə ithaf” əsərini bütünlüklə yeni yanaşmalarla zəngin bir layihə kimi qiymətləndirmək olar.

 

Şairin idealları analitik psixologiya müstəvisində...

 

Bu ilin fevral ayında Heydər Əliyev adına Müasir Təhsil KompleksindəRəqəmsal dünya. İmadəddin Nəsimi analitik psixologiya müstəvisindəadlı tamaşanı izləyərkən gəldiyim nəticələr necə olmuşdu? Rejissor ssenari müəllifi Pərviz Seyidli Əməkdar artist Gülər Nəbiyevanın şagirdlərlə birgə ərsəyə gətirdiyi tamaşa gənclərə Nəsimi dühasını anlamağa yardımçı olmaqla yanaşı, klassik irsimizin təbliği məqsədi daşıyırdı.

Əsər rəqəmlər azadlıq, insan zaman, dünən, bu gün, sabah, insanın özünə hesabatı özünütərbiyəyə dair mesajlar ötürürdü. Bir tərəfdə rəqəmlərin, rəqəmsal həyatın labirintində azıb qalmış müasir insanın psixoz vəziyyəti, digər tərəfdə rəqəmlərin, hərflərin sirrinə vaqif olan, onu özünə tabe edən İmadəddin Nəsiminin ideyaları. Tamaşada müasir dünyamızda insan anlayışı, gənc nəslin dövrün məngənəsində rəqəmlərə uduzduğu bir zamanda hələ altı yüz il əvvəl insanların rəqəmləri özlərinə tabe etmələrinin sirləri çözülürdü. Necə yaşamalı, cəmiyyətə necə faydalı olmalı kimi suallar cavablandırılırdı. Nəsimi dühasının şah əsərləri, müasir musiqi muğam, bədii qiraət teatral vəziyyət, işıq effektlərinin vəhdətində təqdim edilən tamaşa böyük maraqla qarşılanmışdı.

Gənc rejissor müasir insanın Nəsimi anlayışını öz müstəvisində göstərməyə çalışsa da, onun bu addımı bütün tamaşaçılarda maraq doğururdu. Şagird-aktyorların səhnədən Nəsiminin dilindən tamaşaçılara ünvanladığı suallar bu günün insanını düşündürən daim narahat edən mövzular idi.

Səhnə işini yüksək qiymətləndirən ədəbi tənqidçi Əsəd Cahangir bildirir ki, bu tamaşa Nəsimi yaradıcılığının məğzini orta məktəb şagirdlərinə sadə dillə ifadə edir: “Mürəkkəb fəlsəfi məsələlər çox uğurlu şəkildə şagird təfəkkürünə uyğunlaşdırılıb çox lakonik dildə ifadə edilib. Bu da rejissorun məharətindən xəbər verir. Uşaqlıqdan öyrənilən bilgilər daş üzərində cızılan sözlər kimidir uşaq düşüncəsinə təsir qüvvəsi yüksəkdir. Radikal çevrilişlər dövrünün insanı olaraq biz elmlərdə inqilabi çevrilişlərin şahidi oluruq. Nəsiminin müasirliyi ondadır ki, onun ustadı Nəimi Nəsimi özü bu hadisələri 600 il əvvəl qabaqlamışdılar bu haqda məlumatlar vermişdilər”.

Zəmanəni qabaqlayan Nəsiminin idrakına yalnız bu günün insanları yaxınlaşa bilir. Biz bu gün hələ Nəsimi ideyalarını zərrə-zərrə başa düşməyə başlayır mütəfəkkir şairə doğru gedirik.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2019.- 26 iyun.- S.7.