Un/published” tanışlığa dəvət edir

 

 

Rəssam heykəltəraş Mahmud Rüstəmovun sərgisi

 

İyunun 21-də Muzey Mərkəzinin qalereyasında tanınmış rəssam heykəltəraş Mahmud RüstəmovunUn/published” adlı fərdi sərgisinin açılışı keçirildi.

İngilis dilindən tərcümədəDərc olunmamışlarmənasını versə , kontekstə görə, sərginin adınıindiyədək sərgilənməmişlərkimi anlamaq daha düzgün olar. Çünki ölkəmizdə xaricdə keçirilən bir çox fərdi qrup sərgilərində, tematik vernisajlarda iştirak etmiş müəllif bu dəfə sənətsevərlərin diqqətinə təqdim etdiyi əsərlərini indiyədək heç bir məkanda nümayiş etdirməyib.

Muzey Mərkəzi Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkil etdiyi sərginin açılışında ilk çıxış edən qalereyanın direktoru Qalib Qasımov söylədi ki, rəssamın yaradıcılığının müxtəlif mərhələlərini əks etdirən tablolar, qrafika, heykəltəraşlıq müasir incəsənət nümunələri bu məkana toplanılıb.

Müəllifi sərgi münasibətilə təbrik edən Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov isə qeyd etdi ki, Mahmud Rüstəmovun hər bir əsəri əsl incəsənətdən söz açır.

Açılış mərasiminin sonunda rəssam təşkilatçılara qonaqlara onun yaradıcılığına diqqət göstərdiklərinə görə minnətdarlığını bildirdi hər kəsi sərginin ekspozisiyası ilə tanış olmağa dəvət etdi.

Azərbaycana istedadlı təsviri sənət ustaları bəxş etmiş Rüstəmovlar nəslinin nümayəndəsi Mahmud Rüstəmov tanınmış heykəltəraş Aslan Rüstəmovun oğludur. O, heykəltəraşlıqla yanaşı, rəngkarlıq qrafika ilə məşğul olur, müntəzəm olaraq sərgilərdə iştirak edir.

Mahmud Rüstəmovun yaradıcılığını fantastika ilə gerçəkliyin qəribə qovuşuğu hesab etmək olar. Onun əsərləri müəllifin zəngin təxəyyülünün qeyri-adi təzahürü olması ilə diqqəti çəkir, qəhrəmanları isə nağıl əsatirlərdən tanıdığımız məxluqları xatırladır. Rəssam özü bu barədə müsahibələrində deyir: “Bu, tamam fərqli məkan, mənim yaşadığım paralel dünyadır. Uşaqlıqda elmi fantastikanı oxumağı çox sevirdim. Fantastik əsərləri oxuyanda kitabdakı qəhrəmanlarla birlikdə kosmosasəyahət edər”, yadplanetlilərin necə yaşadığını xəyal edərdim. Görünür, həmin uşaqlıq fantaziyalarım mənim işlərimdə öz əksini tapıb. Fərqli görünənləri birləşdirmək, qeyri-adi fiqurlar yaratmaq xoşuma gəlir”.

Ekspozisiyada rəssamın müxtəlif illərdə yaratdığı əsərlər nümayiş olunur. Müəllif etiraf edir ki, bu əsərlər üzərində çalışarkən onları vaxtsa nümayiş etdirəcəyini düşünmürmüş. Odur ki, “Un/published” sərgisindəki əsərlərin heç biri istər mövzu, istərsə üslub baxımından bir-birini tamamlamır: onları birləşdirən yeganə məqam nümayiş məqamlarının məhz indi yetişməyidir. Sərgi sanki tamaşaçını fırça tişə ustasının emalatxanasına dəvət edir. Ona müəllifin sifarişçi, tamaşaçı rəyinə hesablanmadan, sadəcə, “ürəyi istəyənkimi, “özüüçün yaratdığı əsərlərlə tanış olmaq imkanı verir.

Bu sərgidə natürmort da var, natürmorta oxşayan, lakin tünd rəng çalarlarında işlənmiş əsərlər . Naxışlı lövhələr silsiləsi isə xalça fraqmentlərini xatırladır. Düzdür, onları xalis xalça kompozisiyasından daha çox həndəsi abstraksiya hesab etmək daha düzgün olardı.

Biz qədər fikir söyləsək , Mahmud Rüstəmovun bu ekspozisiyası barədə tanınmış rəssam, fəlsəfə doktoru Teymur Daimi qədər dəqiq ola bilməyəcəyik deyə, elə ona istinad etmək istəyirik: “Burada janrlar, növlər, üslublar, istiqamətlər ifadə texnikaları arasında sərhədlər silinir. Mahmud həm abstraksionistlərin, həm ekspressionistlərin, həm sürrealistlərin, həm realistlərin cərgəsində öz yerini tuta biləronun təqdim etdiyi əsərlərin üslub texniki diapazonu çox genişdir”.

Sərgi iyulun 10-dək davam edəcək.

 

GÜLCAHAN

 

Mədəniyyət.- 2019.- 26 iyun.- S.6.