Rok musiqisini milli oyun havaları ilə birlikdə ifa edirik

 

 

 

Türkiyədə yaşayan gənc soydaşımızın fərqli sənət yolu

 

Müxtəlif ölkələrdəki soydaşlarımızın hətta kiçik uğuru belə bizi sevindirir, qürur doğurur. Belə soydaşlarımızdan biri Türkiyədə yaşayan gənc rok musiqiçisi Rafet Həsənlidir. Onunla qısa müsahibəni təqdim edirik.

 

- Musiqinin bu növünü seçməyiniz təsadüfdürmü, yoxsa özünüz belə istədiniz?

- Əslində 12 yaşıma qədər gitara çalmaq, heç ağılımın ucundan keçməmişdi. Bir gün qohumumuzda gitara gördüm onlar mənə onu hədiyyə etdilər. Çox xoşuma gəldi. BaşladımYoutube”dan maraqlanmağa: oradakı çalğılara baxıb çalmağı öyrənməyə çalışdım. Hər gün bir az maraqlandıqca, bir az öyrəndikcə gördüm az-çox istedadım var. Mənim çalmağımı görənlər notla ifanı öyrənməyimi məsləhət gördülər sonra belə davam etdim. Beləcə, qərarım qətiləşdi: “Mən bu yolla gedəcəyəm”, - dedim. Bir qrup yaratdıq, müsabiqələrə çıxdıq, qazandıq. Sonra universiteti qazanan yoldaşlarımız qrupdan ayrıldığı üçün mən təkbaşına ifa ilə konsertlərdə yer aldım. Sonra mən məktəbi dəyişdim, orada yeni dostlar qazandım təzə qrupumuz oldu - “Kali” adında. Kali beşqollu hind tanrısının adıdır. Biz 5 nəfər olduğumuz üçün bu adı seçdik.

 

- Dostlarınız kimlərdir?

- Mən qrupda həm gitara çalır, həm arada oxuyuram. Qrupumuzun müğənnisi Yağmur Kaynakdır. Bir Gürşat Aydın, zərb alətində Murat Somuncu mənim adaşım Rafet Şahin var. Bir-birimizi tapmağımız çox çətin olmadı.

 

- Repertuarınızda xalq havaları da var. Bu ilə bağlıdır?

- Bir prodakşn qurumu bizim videomuzu görüb bəyənmişdi. Sizə dəstək olmaq istəyirikdedilər. Biz qəbul etdik. Daha sonra bu qurum tərəfindən bizə konsert təklifi gəldi. Repertuar rok musiqisini dinləyənlərə xitab olunacaqdı. Biz dedik ki, canımız sıxılınca oyun havası çalırıq. Konsertdə bunu edə bilərikmi? Dedilər ola bilər. Önəmli olan sizin fərqli bir ifa göstərməyinizdir. Düşünün, sizin kimi minlərlə qrup var, amma bunların heç biri milli oyun havası çalmır. Bəlkə bu, sizi o birilərdən fərqli edəcək. Məşqlər zamanı biz oyun havalarını əylənmək üçün çalırıq. Bunu konsertdə etsək, tamaşaçılar da bizimlə birlikdə əylənər, deyə düşünürük. Buna görə repertuarımıza rok musiqisindən başqa oyun havası da daxil etmişik.

Bu sənətdə fərqli olmaq istəyirəm. Milli oyun havası hara, rok musiqisi hara? Amma düşünürəm ki, oyun havası ilə rok musiqisini qarışdıranda xarakterlərimiz çıxar ortaya. Yəni Anadolunun budağından qopub gələn ya mənim kimi Azərbaycanda doğulan adamlarınhamımızın içində özündən bir parça da var, rok da var. İnsanlara roku fərqli təqdimatlarla göstərə bilərik, bunu istəyirəm.

 

Mehparə SULTANOVA

Ankar

Mədəniyyət.- 2019.- 28 iyun.- S.5.