Rusiyalı professor ADMİU-da diplom tamaşalarına qiymət verib

 

 

Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin Teatr sənəti fakültəsində keçirilən bakalavr səviyyəsi üzrə buraxılış imtahanlarında iştirak etmək üçün ilk dəfə xaricdənDövlət attestasiya komissiyasının sədri qismində Rusiya Dövlət Teatr Sənəti İnstitutunun professoru, sənətşünaslıq doktoru, Əməkdar incəsənət xadimi Aleksandr Barmak dəvət olunub. Dəvət ADMİU ilə Rusiya Dövlət Teatr Sənəti İnstitutu arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində reallaşıb.

Aleksandr Barmak 1993-cü ildən institutun Musiqili teatr fakültəsində Yaradıcı emalatxananın bədii rəhbəri kimi fəaliyyət göstərir, Moskva digər şəhərlərdəki teatrlarda bir çox tamaşalara quruluş verib.

ADMİU-dan bildirilib ki, buraxılış imtahanlarında aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələrinBlondi” (D.Boqoslavski), “Skapenin kələkləri” (J.B.Molyer), “Solğun çiçəklər” (C.Cabbarlı), “Qulluqçular” (J.Jene), “Bremen musiqiçiləri” (Y.Entin V.Livanov), “Evlənmə” (N.V.Qoqol) tamaşaları attestasiya komissiyasına təqdim edilib.

İmtahan proqramı çərçivəsində, həmçinin rejissorluq ixtisası üzrə təhsil alan tələbələrin təqdimatında Ə.HaqverdiyevinKimdir müqəssir?” (rejissor Səməd Abbasov), J.P.SartrınDəfn edilməmiş ölülər” (Ümid Abbaszadə), G.FiqeyredonunEzop” (Mir Qabil Əkbərov), J.KoktonunTənha qadın” (Əlisahib Cəlilov), S.RüstəminÇimnaz xanım yuxudadır” (Cahandar Cəfərli), A.KorovkinanınSeç” (Bella Klimaşeva), A.KrımınHiyləgər şorgözün vəsiyyəti” (Fəridə Nesterenko) A. de Sent-EkzüperininBalaca şahzadə” (Yuri Omelçenko) əsərləri əsasında hazırlanmış tamaşalar nümayiş olunub.

Tamaşaların əksəriyyəti universitetin, bir qismi isə Akademik Rus Dram Teatrının, Gənc Tamaşaçılar Teatrının və Sumqayıt Dövlət Dram Teatrının səhnəsində oynanılıb. Professor A.Barmak bir çox tamaşalara baxıb və müzakirələrdə fəal iştirak edərək rejissor yozumunu, aktyor ifasını təhlil edib, qeyd və iradlarını bildirib, tələbələrə tövsiyələr verib.

 

Mədəniyyət.- 2019.- 28 iyun.- S.5.