Yaxşı film imana inam təlqin edir

 

 

İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fananie ilə bu ölkədə kinonun inkişafı, kinoda inanc İslam dəyərləri barədə söhbət

 

- Cənab səfir, əhalisinin əksəriyyəti müsəlman olan İndoneziyanın kino tarixinə nəzər salarkən öyrəndim ki, 2000-ci ildən etibarən bir sıra mövzuların üzünə bağlı olan İndoneziya kinosunda dini, o cümlədən İslam inamı mövzusu işıqlandırılıb. 2008-ci ildəAyat-ayat Cintafilmiylə İndoneziyanın kinoteatrlarına müsəlman tamaşaçıları cəlb olunub. Siz isə bu filmə baxmış olarsınız, kinoda İslam dəyərlərini nədə gördüyünüzü açıqlaya bilərsinizmi?

- “Ayat-ayat CintaHəbiburəhman Əl-Şirazinin eyniadlı bestsellerinə əsaslanan,   dini-romantik İndoneziya dramıdır. Süjetin Misirdə, Qahirədə cərəyan etməsinə baxmayaraq, çəkilişlər Hindistanda, İndoneziyada reallaşıb. Ayat-ayat CintatəxminənSevgi nəğmələrideyə tərcümə olunur son illərin ən çox satılan filmlərindəndir. Filmdəki hekayət Misirin Əl-Əzhər Universitetində təhsil almağa gələn Fəxri adlı bir indoneziyalı gəncin həyatıyla bağlıdır. O, orada üzləşdiyi bir çox problemləri İslamı öyrənməklə dəf etməyə çalışır. Evlilik üçün 4 qadından birini seçmək problemiylə üzləşəndə, məhz Quranın buyurduğu qaydalar əsasında, qadına ehtiramla, seçim edərək onlardan biriylə evlənir.

Film müsəlmanların əksəriyyət təşkil etdiyi, dünyəvi demokratik böyük bir ölkə olan İndoneziyada İslam dininin film, kitab mahnılarla populyarlaşdırılması nümunəsidir. Bu ekran əsəri Qərb KİV-lərinin terrorizm qəddarlıqla assosiasiya elətdirməyə çalışdığı İslamın müsbət cəhətlərin işıqlandıran bir sənət nümunəsidir. Burda İslam təlimi gözəl məziyyətləriylə təqdim edilmiş, müsəlmanlar isə səmimiyyət, düzlük, səbir dözüm təlqin edən insanlar kimi canlandırılmışdır. Filmdə tolerantlıq mesajı bütün müsəlmanlara xas xüsusiyyət kimi verilmiş bu ekran əsəri məhz sadə insanlara üz tutması, onların sadə həyatlarını problemlərini əks etdirməsi səbəbindən bu qədər populyarlıq qazanmışdır. Eyni zamanda imanın təlqin edilməsi filmin ana xəttidir.

 

- İran İslam ölkəsi olaraq kinematoqrafı müsəlman Qərb kinosu deyə iki qütbə ayıra bildi. Bu mənada sizin siyasət kino mövzusuna münasibətinizi bilmək maraqlı olardı.

- Biz siyasət demokratiya ilə bağlı bir çox arqumentlərə toxuna bilərik nəzərə almaq lazımdır ki, bu filmlərdə detallar kimi təqdim oluna bilər. Yaxşı film siyasidir, pis film isə siyasətdən qaçan, gizli ideologiyası olan mühafizəkar filmdir. Kütləvi informasiya vasitələri kimi kino da, “Ayat-ayat Cintakimi İslami dəyərləri, bu təlimi əhalinin geniş kütləsinə, bütün təbəqələrə ayət olaraq çatdırmaq üsullarındandır. Kinematoqraf özünüdərkdən başlayan bilikdir kinematoqrafda siyasət humanizm sənəti, sorğu, təhqiqat, tənqidi münasibət, ancaq anlamağa çalışmaq sənəti olmalıdır. Daha doğrusu, kinematoqraf imana inam təlqin etməlidir.

 

- Müasir İndoneziya kinosu onun uğurları haqda da fikirlərinizi bölüşərdiniz.

- Suxartodan (Hacı Məhəmməd Suxarto – 1967-1998-ci illərdə İndoneziyanın dövlət başçısı – red.) sonra reformasiya dövrü hərəkatı altında müstəqil kino istehsalı İndoneziyada kino sənayesinin dirçəlişinə səbəb oldu. 2001-ci ildə ölkədə ildə 6, 2002-də 10 film istehsal olundu, daha sonra kəmiyyət artımı daha çox yüksəlməyə başladı. Kino istehsalı filmlərin keyfiyyətində irəliləyişlərə səbəb oldu. Misal olaraq “Raid” (2011), “Modus Anomali” (2012), “Dilemma” (2012), “Sevimli” (2017), “Pengabdi Setan” (2017) digər bu kimi dəyərli ekran əsərlərinin adını çəkə bilərəm.

Eləcə kinofestivallar ənənəsi artdı. 1998-ci ilin dekabrından hər il Beynəlxalq Cakarta Kinofestivalı (JİFF), həmçinin 2008-ci ilin noyabrında keçirilən 52-ci Beynəlxalq Asiya-Sakit Okean Film Festivalı bu ənənənin nümunələridir. Doğrudur, tarixi daha əvvələ aid olan, əsası 1955-ci ildə qoyulan İndoneziya kinofestivalını da misal çəkə bilərəm, 1973-cü ildən 1992-ci ilə qədər fəaliyyəti dayandırılan bu festival, nəhayət, öz fəaliyyətini bərpa edərək mütəmadi keçirilməyə başlamışdır. Bu festivalın “Citra” mükafatı kinematoqrafçıların sahib ola biləcəkləri dəyərli mükafat hesab olunur.

- İncəsənətlə bağlı bir diplomat olaraq bu xüsusda ölkəmizdə fəaliyyət göstərən səfirlərdən fərqlənirsiniz. əcəb bu günə kimi ölkəmizdə İndoneziya kino həftəsi keçirmək təşəbbüsünüz olmayıb. Axı, məşhur siyasi xadimlərdən birinin dediyi kimi, “Kino incəsənətlərin ən vacibidir”; bu mənada siyasətin vasitəsidir...

 

- Düzdür. Qeyd etməliyəm ki, mən Azərbaycanı, onun xalqını çox sevirəm.

İstəyirəm ki, aramızdakı uzaq məsafə fərqinə baxmadan, ölkələrimizin əlaqələri çox yaxın olsun. Sizin ölkədə mədəniyyətin təbliği üsulu vasitələrindən biri müxtəlif ölkələrdəki kinofestivallara qoşulmaqdır. Bu mənada İndoneziyada Azərbaycan, Azərbaycanda da İndoneziya filmləri festivalını təşkil etmək istərdim.

 

Sədaqət KAMAL

 

Mədəniyyət.- 2019.- 28 iyun.- S.5.