Klassik musiqi axşamlarıdavam edir

 

Beynəlxalq Muğam MərkəzininKlassik musiqi axşamlarılayihəsi artıq üçüncü ildir ki, fəaliyyətdədir. İyunun 26-da bu silsilədən təqdim olunanMusiqi qüvvəsiadlı konsert proqramında Azərbaycan Avropa bəstəkarlarının əsərləri səsləndi.

Prezident təqaüdçüsü, P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunu Ceyla Seyidova Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu Zəhra Bədəlbəylinin iştirakı ilə reallaşan konsert səslənən hər bir əsərə ifaçıların fərdi yanaşması ilə yadda qaldı.

Gecədə Qara Qarayev (fortepiano skripka üçün sonata), Arif Məlikov (“İki ürəyin dastanıbaletindənKomdenin arzuları”), Əziz Əzizli (fortepiano üçün prelüdlər), Astor Piazzolla (“Cafe 1930”), John Williams (“Şindlerin siyahısıfilmindən musiqi), Fikrət Əmirovun (“Sevgi rəqsi”) s. əsərlər sehrli notlar, sevgi əbədi sənət tandemi ilə bərabər, gənc ifaçıların təqdimatında həmin gün zərif xanımların əllərində incə xoş qoxulu çiçəkləri xatırladırdı.

 

L.AZƏRİ

 

Mədəniyyət.- 2019.- 28 iyun.- S.4.