Musiqisi Oqtay
Kazıminindir...
Xalq artisti, unudulmaz bəstəkar Oqtay Kazıminin musiqiləri bu dəfə paytaxtın baş səhnəsində səsləndi. İyunun 25-də Heydər Əliyev Sarayında keçirilən konsertdə sənətkarın sevilən əsərləri – “Əlvida”, “Bakının qızları”, “Qocalır anam”, “Tələsin, insanlar”, “Dünya bir nəğmə idi”, “Bu dünya”, “Eşqimin bəxti”, “Mehriban insanlar”, “Qaytar eşqimi”, ”Cavanlığım”, ”Qaytağı” və digər mahnıları incəsənət ustalarının ifasında təqdim olundu.
Gecədə xalq artistləri Zaur Rzayev, Mələkxanım Əyyubova, Gülyaz Məmmədova, əməkdar artistlər Arzu Əliyeva, xanəndələr Səbinə Ərəbli, Almaxanım Əhmədli və digər ifaçılar çıxış etdi. Onları Cavad Tağızadənin dirijorluğu ilə Azərbaycan Televiziya və Radiosunun Tofiq Əhmədov adına Estrada simfonik orkestri və Azərbaycan Televiziya və Radiosunun Əhsən Dadaşov adına “Xatirə” Xalq çalğı alətləri ansamblı müşayiət edirdi.
Oqtay Kazıminin mahnıları uzun illər “Dan ulduzu” ansamblının repertuarında xüsusi yer alıb. Onun mahnılarını Rəşid Behbudov, Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Flora Kərimova, Oqtay Ağayev, Məmmədbağır Bağırzadə və digər korifey müğənnilər ifa ediblər.
LALƏ
Mədəniyyət.- 2019.- 28 iyun.-
S.3.