Xalq Əmanəti” layihəsində Mirzə Şəfi irsi

 

 

Xalq Bank”ın “Xalq Əmanəti” layihəsinin sayca 18-ci nəşri böyük Azərbaycan şairi, mütəfəkkir, maarifçi-pedaqoq Mirzə Şəfi Vazehin irsinə həsr olunub.

Mirzə Şəfi 1794-cü ildə Gəncədə doğulub. 1840-cı ildə Qafqazın mədəniyyət, elm və təhsil mərkəzi sayılan Tiflisdə yaşayıb. Burada mükəmməl bildiyi “nəstəliq” xətti ilə yazıdan, Şərq dillərindən və ədəbiyyatdan dərs deyir. Şair öz evində “Divani-hikmət” ədəbi məclisi yaratmışdı. Ədəbi məclisin dinləyicilərindən biri Qafqazın tədqiqatçısı, alman tərcüməçi, ondan bir neçə il ərzində Şərq dilləri dərsi alan Fridrix fon Bodenştedt olub. Bodenştedtin sözlərinə görə, Vətəninə dönərkən Vazeh ona öz əlyazmalarını verir, o isə müəlliminə əlyazmaları tərcümə edib nəşr edəcəyini və bir nüsxəsini müəllifə göndərəcəyini vəd edir. Bodenştedt 1850-ci ildə “Şərqdə min bir gün” kitabını nəşr edir və həmin kitabda müəllimi Mirzə Şəfiyə və onun şeirlərinə xüsusi yer ayırır. Kitab böyük uğur qazanır və bir il sonra məzmunu genişləndirilərək “Mirzə Şəfinin nəğmələri” adı ilə ayrıca şeir toplusu kimi çap edilir...

“Mirzə Şəfinin nəğmələri” Almaniyada 40 il ərzində 145 dəfə çap olunmuş, bu dövr ərzində Avropanın əsas aparıcı dillərinə çevrilmiş, dünya şöhrəti qazanmışdı. Dövrün böyük musiqiçisi, rus pianoçusu və bəstəkarı Anton Rubinşteyn topludan seçdiyi 12 şeir əsasında silsilə romanslar bəstələmişdi və bu əsərləri 1855-ci ildə böyük macar bəstəkarı Ferens List bəyənərək nəşrinə kömək göstərmişdi.

Mirzə Şəfi Vazehin əsərlər toplusunun nəşri “Xalq Əmanəti” layihəsinin təcrübəsində ən mürəkkəb işlərdən biri olub. Azərbaycan, rusalman dillərində işıq üzü görən kitabda böyük şairin bütün əsərləri yer alıb.

Vazehin alman dilindəki irsiFridrix fon Bodenştedtin çap etdirdiyi üç kitabda yer alan bütün poetik mətnlər nəzərə alınarsa 351 şeirdən ibarətdir. Şairin əsasən N.QrebnevL.Maltsev tərəfindən rus dilinə tərcümə olunan əsərlərinin sayı 400-ə yaxındır. Bu şeirlərin yarısından çoxunu eyni şeirlərin müxtəlif tərcümələri təşkil edir. Orijinal şeirlərlə birlikdə ana dilimizə tərcümələrin ümumilikdə sayı isə heç vaxt 100-ü ötməyib.

Yaradıcı qrup, ilk növbədə, əski alman əlifbasında olan bütün şeirləri yeni alman əlifbasına keçirib. Bu şeirlərin Azərbaycan və rus dillərində sətri tərcümələri hazırlanıb. Eyni zamanda Azərbaycan və rus dillərində mövcud olan şeirlər bir-biri ilə tutuşdurularaq bu istiqamətdə də boşluqlar müəyyənləşdirilib – Azərbaycan dilində çatışmayan 270, rus dilində 180, alman dilində isə 15 şeirin sətri və bədii tərcümələri hazırlanıb.

Bu prosesdə alman dilinin tanınmış mütəxəssisləri, alimlər, Mirzə Şəfi yaradıcılığının tədqiqatçıları – Akif Bayram, Fəxrəddin Veysəlli, Vilayət Hacıyev, Yusif Savalan yaxından iştirak ediblər. Almaniyadan tərcüməçi-ədiblər Orxan ArasKarl H.Kiel mətnləri əski alman əlifbasından yenisinə keçiribalman dilində bədii tərcümələri hazırlayıb, rus şairi Mixail Sinelnikov, şair-tərcüməçilər Nicat Məmmədov və Alina Talıbova mətnləri rus dilinə çeviriblər. Bununla yanaşı, kitaba, əsasən N.QrebnevL.Maltsevin tərcümələri olmaqla, rus dilinə digər tərcümələri də salınıb.

Oxucular kitabda Vazehin əsərlərini Azərbaycan dilində, ana dilimizdə olan orijinal şeirlərdən başqa, Xəlil Rza Ulutürk, Balaş Azəroğlu, Aslan Aslanov, Azad Yaşar, Pünhan Əzimli və Yusif Savalanın tərcümələrində oxuyacaqlar. Kitabın nəşri şairin anadan olmasının 225-ci ildönümünə təsadüf edir.

Xalq Əmanəti” layihəsi “Xalq Bank” tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır.

 

Mədəniyyət.- 2019.- 28 iyun.- S.6.