“Culture Guide” mədəniyyət bələdçisinin xüsusi buraxılışı

 

 

UNESCO Dünya İrs Komitəsinin Bakı sessiyasına həsr edilib

 

Bu il ölkəmizin mədəni həyatında ən mötəbər beynəlxalq hadisə 30 iyun – 10 iyul tarixlərində Bakıda keçiriləcək UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasıdır.

Dünyanın 180-dək ölkəsindən 3 minə yaxın nümayəndənin qatılacağı tədbir respublikamızın beynəlxalq arenada yüksək nüfuzunun təsdiqi olmaqla bərabər, eyni zamanda Azərbaycanın tarixinin müasir inkişaf səviyyəsinin, zəngin mədəniyyətinin, incəsənətinin dünyaya nümayişi üçün mühüm imkandır. Əcnəbi qonaqlara ölkəmizin mədəni palitrası barədə dolğun məlumat vermək məqsədilə nəşr edilən “Culture Guide” mədəniyyət bələdçisinin yeni çapdan çıxan xüsusi buraxılışı da Dünya İrs Komitəsinin Bakı sessiyasına həsr olunub.

“Baku Guide” MMC tərəfindən ingilis rus dillərində hazırlanan nəşrdə UNESCO-nun Dünya İrs Komitəsi, Azərbaycanın bu quruma üzvlüyü 2019-cu ildə sədrlik etməsi, 43-cü sessiya sessiya çərçivəsində keçirilən tədbirlər, o cümlədən Qobustan Milli Tarix-Bədii Qoruğunda, Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda xüsusi olaraq təşkil ediləcək sərgilər barədə məlumat verilir.

Paytaxtın mədəniyyət ocaqları dünyanın hər yerindən ölkəmizə gələcək qonaqlara mədəni irs incəsənətimizi layiqincə təqdim etmək üçün maraqlı proqram hazırlayıb. “Culture Guide”ın xüsusi buraxılışında Bakıdakı teatrların, konsert kino zallarının afişası ilə yanaşı, ayrı-ayrı tamaşalar, filmlər, mədəni tədbirlər barədə qısa yazılar da dərc olunub. Eyni zamanda nəşrdə paytaxtın muzeyləri, qalereyaları, teatr konsert müəssisələri haqqında informasiyalar, ünvan telefon nömrələri yer alıb.

Xüsusi buraxılışdakı yazıların böyük əksəriyyəti isə Azərbaycanın tarixi-mədəni zənginliyinin təqdimatına həsr olunub. Nəşr ölkəmizin keçmişi, müasir inkişafı, mədəniyyətimizin tarixi mənzərəsi ilə bağlı yazı ilə açılır. Azərbaycanın müsəlman Şərqində ilk peşəkar teatrın, kinematoqrafın, operanın yarandığı ölkə olduğu, Orta əsrlərdən Nizami, Nəsimi, Füzuli kimi şair-mütəfəkkirləri ilə tanındığı vurğulanır, 2019-cu ilin ölkəmizdəNəsimi ilielan olunduğu diqqətə çatdırılır. Böyük şair, mütəfəkkir, humanist” başlıqlı yazıda Nəsimi irsinin dünyada tanınması, şairin yubileyinin iki dəfə (1973, 2017) UNESCO səviyyəsində qeyd olunmasından bəhs olunur.

Nəşrdə bildirilir ki, ölkəmizin bir sıra maddi qeyri-maddi mədəni irs nümunələri dünya mədəniyyəti xəzinəsinə daxil edilib. Xüsusi buraxılışınAzərbaycanın mədəni dəyərləri UNESCO siyahılarındabölməsində bununla bağlı silsilə yazılar verilib.

İlk olaraq 2000-ci ildə UNESCO-nun Dünya irsi siyahısına daxil edilən İçərişəhərdən (Qız qalası Şirvanşahlar sarayı ilə birlikdə), həmçinin 2007-ci ildən bu siyahıda yer alan minilliklərin daş yaddaşıQobustan qayaüstü rəsmlərindən söz açılır.

Bundan əlavə, UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısındakı 11 nümunənin hər biri haqqında rus ingilisdilli oxuculara məlumat verilir.

Qeyd olunur ki, Azərbaycan muğamı 2003-cü ildə UNESCO tərəfindənBəşəriyyətin şifahi qeyri-maddi mədəni irsinin incisielan edilib. 2008-ci ildə isə UNESCO-nun qeyri-maddi mədəni irs haqqında konvensiyasının qüvvəyə minməsindən onun əsasında Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahı tərtib olunmağa başlayandan sonra bu siyahıda Azərbaycandan ilk olaraq muğam sənəti yer alıb. “Muğam Azərbaycan xalqının milli mədəni sərvətidir” – Prezident İlham Əliyevin bu sözləri diqqətə çatdırılır, Birinci vitse-prezident, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə digər mədəni irs nümunələrimizin dünyada təbliği UNESCO-nun siyahılarına daxil edilməsi istiqamətində görülən məqsədyönlü işlərdən bəhs olunur.

2009-cu ildə Azərbaycan aşıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salınıb. Aşıq sənətidil, ədəbiyyat musiqini yaşadan sənətbaşlıqlı yazı bu barədədir. Növbəti ildə (2010) bu siyahı Azərbaycan xalça sənəti ilə zənginləşib.Naxışlarda yaşayan irsadlı yazıda xalq sənətinin bu qədim növünün tarixi, məktəbləri, müasir dövrdə xalçaçılıq ənənələrinin yaşadılması təbliğindən, dünyada ilk olan Azərbaycan Xalça Muzeyindən söz açılır.

Musiqi sənətimizin daha iki nümunəsi – tar ifaçılığı sənəti tar alətinin hazırlanması (2012-ci il) kamança ifaçılığı bu alətin hazırlanması (2017) haqqında nominasiyalar da UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısındadır. Simlərdən süzülən sehrli musiqiKamançanın lətif səsibaşlıqlı yazılarda bu barədə məlumat verilir.

Novruz bayramı Azərbaycanın da təşəbbüsü yaxından iştirakı ilə iki dəfə – 2009 2016-cı illərdə çoxmillətli nominasiya olaraq UNESCO-nun siyahısına salınıb. Minilliklərin bayramıbaşlıqlı yazı milli-mədəni irsimizin, adət-ənənələrimizin ən qədim yaddaşı olan Novruza həsr olunub.

Daha bir yazı 2014-cü ildən UNESCO-nun siyahısında yer alan Azərbaycanın kəlağayı sənəti barədədir. Azərbaycanın çoxəsrlik tarixə malik misgərlik sənətisərlövhəli materialda isə 2015-ci ildə bu siyahıya daxil edilən xalq sənətinin İsmayıllı rayonunun Lahıc qəsəbəsində əsrlərlə yaşadılmasından bəhs olunur.

UNESCO-nun siyahısında Azərbaycanın zəngin mətbəxinin nümunələri var. Nəşrdə ölkəmizin 2016-cı ildə Türkiyə, İran, Qazaxıstan Qırğızıstanla birgə təqdim etdiyiLavaşın (nazik çörəyin) hazırlanma paylaşma mədəniyyəti”, eləcə dolmanın hazırlanma paylaşma ənənəsi (2017) barədə yazılar verilib.

Bəşəriyyətin ədəbi abidəsibaşlıqlı yazıda isəKitabi-Dədə Qorqud”un 2018-ci ildə Azərbaycan, Türkiyə Qazaxıstanın birgə təqdimatı (“Dədə Qorqud irsi. Dastan mədəniyyəti, xalq nağılları musiqisi”) ilə bəşəri irs xəzinəsinə daxil edilməsindən söz açılır.

Məlum olduğu kimi, UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında da iki irs nümunəmiz yer alıb. Qarabağ atları üzərində çövkən milli oyunu” (2013) Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” (2018) haqqında material bu barədədir.

Xüsusi buraxılışda Azərbaycan bölgələrinin tarixi-mədəni irsi haqqında da bəhs olunur. QarabağAzərbaycanın mədəniyyət beşiyiadlı yazıda əzəli yurd yerimizin mədəni, ədəbi sənət irsi haqqında söz açılır, işğal altındakı torpaqlarımızda xalqımızın mədəni sərvətinin dağıdılıb-talan edildiyi əcnəbi oxucuların diqqətinə çatdırılır.

Açıq səma altında muzey-şəhəradlı yazı Şəkinin qədim tarixi-mədəni irsi haqqındadır. Şəki şəhərinin tarixi hissəsi Şəki xanları sarayının UNESCO-nun Dünya irsi siyahısına namizəd olduğu vurğulanır.

Nəşrdə həmçinin Azərbaycanın qədim abidələr diyarı olduğu müxtəlif nümunələrlə qeyd edilir, tarixi abidələrin tədqiqi, mühafizəsi bərpası ilə bağlı görülən işlərdən söz açılır.Qədim torpağın abidələriyazısında Naxçıvanın zəngin irsi, Möminə xatın, Qarabağlar türbələri kimi dünya əhəmiyyətli abidələr, Əshabi-Kəhf s. haqqında məlumat verilir. Daha bir yazı əsrarəngiz təbiət hadisəsiAzərbaycanın palçıq vulkanları haqqındadır.

Nəşrdə həmçinin Bakının tarixi müasir memarlıq nümunələri, dünyanın hər yerindən qonaqların xüsusi maraq göstərdiyi Atəşgah məbədi Yanardağ haqqında, eləcə turistlər üçün xüsusi maraq kəsb edən milli mətbəximizin zənginliyi, ayrı-ayrı ləziz yeməklər barədə məlumatlar, onların Bakıdan özləri ilə hansı suvenir dadlı xatirələrapara biləcəklərinə dair tövsiyələr verilir.

Dünya musiqi xəritəsində Azərbaycan adlarıbaşlıqlı yazıda musiqi sənətimizi, mədəniyyətimizi ümumilikdə ölkəmizi dünyaya tanıdan böyük bəstəkarlar ifaçılardan söz açılır.

Nəfis tərtibatda hazırlanan mədəniyyət bələdçisinin üz qabığında ənənəvi olaraq görkəmli rəssamlarımızın məşhur əsərlərinin reproduksiyası verilir. Bu dəfə “Culture Guide”ın üz qabığında Xalq rəssamı Əşrəf Heybətovun “Salam, Azərbaycan” tablosu əks olunub.

 

Mədəniyyət.- 2019.- 28 iyun.- S.8.