Kitabxanada “Krılovun təmsilləri” adlı müsabiqə təşkil olunub

 

 

 

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi ilə birgə rus şairi İvan Andreyeviç Krılovun anadan olmasının 250 illik yubileyi münasibətilə “Krılovun təmsilləri” adlı müsabiqə keçirilib.

Əvvəlcə tədbir iştirakçıları görkəmli təmsil ustası haqqında kitab sərgisi ilə tanış olublar.

Tədbirdə 151, 42, 46, 95 nömrəli tam orta məktəb, Bakı Slavyan Universitetinin məktəb-lisey kompleksi və Bakı Avropa liseyinin şagirdləri, müəllim kollektivi və valideynlər iştirak ediblər.

İki mərhələdən ibarət yarışmada hər məktəb komanda şəklində yarışıb. Öncə komandalar Krılovun təmsil personajlarını canlandırıb, şeirlərini səsləndirib. Sonra viktorina keçirilib. 1-ci yerə 46 nömrəli tam orta məktəb, 2-ci yerə Bakı Avropa liseyi, 3-cü yerə isə BSU-nun Məktəb-lisey kompleksi layiq görülüb.

İştirakçı uşaqların hər birinə kitabxana tərəfindən hədiyyə təqdim edilib.

 

Mədəniyyət.- 2019.- 1 mart.- S.4.