Qıpçaqların tarixi haqqında kitab

 

 

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ArxeologiyaEtnoqrafiya İnstitutunun Antropologiya Mərkəzinin aparıcı elmi işçisi, professor, tarix üzrə elmlər doktoru, tarixçietnoloq Rauf Hüseynzadənin “Dəşt-i-qıpçağın türkləri və ətraf dünya: köçəri çölüoturaq vahənin simbiozu” monoqrafiyası nəşr edilib.

İnstitutdan bildirilib ki, əsərin elmi redaktoru antropologiya üzrə elmlər doktoru Əliağa Məmmədli, elmi rəyçilər isə tarix üzrə fəlsəfə doktorları Emil Kərimov və Yunis Nəsiblidir.

Rus dilində çapdan çıxmış monoqrafiyanın mövzusu türkdilli ailəyə mənsub etnosların, həm də onlarla bağlı Avrasiyanın xalq və ölkələrinin keçmişini əhatə edir. Əsərdə Qıpçaq çölü türklərinin ətraf dünya ilə münasibətləri nəzərdən keçirilir, Orta əsrlərdə türklər tərəfindən yaradılmış dövlətlər arasında ən uzunömürlü, 600 illik Sir-Qıpçaq xaqanlığının tarixinə xüsusi toxunulur. Müəllifin göstərdiyi kimi, qıpçaqların varisləri çağdaş dövrümüzdə Mərkəzi, ÖnKiçik Asiyada, Qafqazda və Şərqi Avropada yaşayırlar. Əsərdə ərazi-tarixi diapazonunda hunlardan qıpçaqlara kimi Dəşt-i-Qıpçaq arealında köçəri çölünün oturaq vahə ilə münasibətlərinin qanunauyğunluqları təhlil edilib.

 

Mədəniyyət.- 2019.- 6 mart.- S.6.