Bakı Xoreoqrafiya Akademiyasının
90 illik yubileyinə həsr olunmuş konsert
Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin (BXA) tam orta məktəbinin şagirdləri Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında akademiyanın 90 illik yubileyinə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər.
Tədbir BXA-nın tam orta məktəbinin direktoru Bəşarət Hüseynovanın giriş sözü ilə başlayıb. O, Bakı Xoreoqrafiya Akademiyasının 90 illik tarixindən, bu illər ərzində yetişdirdiyi məşhur xoreoqraflardan danışıb. Diqqətə çatdırılıb ki, onların arasında Qəmər Almaszadə, Leyla Vəkilova, Rəfiqə Axundova, Afaq Məlikova, Pulumb Aqalıyay, Təranə Muradova, Kamilla Hüseynova, Yuri Lobaçov kimi tanınmış sənətkarlar var.
B.Hüseynova Yel çərşənbəsi münasibətilə də akademiyanın kollektivini və konsertdə iştirak edən tamaşaçıları təbrik edib, hər kəsə cansağlığı, firavan həyat arzulayıb.
Sonra BXA-nın tam orta
məktəbinin şagirdləri Əməkdar mədəniyyət
işçisi Lüdmila
Qutlyanskayanın quruluşunda A.Adanın “Jizel” baletindən Qalop, L.Delibin “Silviya” baletindən
Pitsikatto, S.Raxmaninovun
“Burevestnik” rəqsi, P.İ.Çaykovskinin
“Qu gölü”
baletindən variasiya
parçalarını ifa ediblər.
Proqramda
həmçinin Əməkdar artist Səbinə
Qasımovanın quruluşunda
“İnnabı”, “Güləbatın” rəqsləri, müəllim-konsertmeysterlər
Lalə Zöhrabbəyova, Səidə Axundova,
Lalə Hüseynli, Sevda
Axundova və Rəhimə
Hüseynovanın şagirdlərinin ifasında L.Delibin “Koppeliya” baletindən
Vals, R.Qlierin “Tunc atlı” baletindən “Polka”,
Ə.Bədəlbəylinin “Qız qalası”
baletindən Gülyanağın rəfiqələri ilə rəqsi
nümayiş olunub, Q.Qarayevin “İldırımlı yollarla” baletindən “Laylay”
fortepianoda səslənib, Fazil
Cəfərovun şagirdləri isə Azərbaycan ritmləri
musiqili-rəqs kompozisiyasını nağarada
ifa ediblər.
Mədəniyyət.- 2019.- 15 mart.-
S.4.