Qaratoxmaq qadın” BMA-nın opera səhnəsinə çıxıb

 

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) nəzdində olan opera studiyasında Pyotr ÇaykovskininQaratoxmaq qadın” operası nümayiş edilib.

BMA-dan bildirilib ki, səhnə əsərinin quruluşçu dirijoru Xalq artisti, professor Fəxrəddin Kərimov, quruluşçu rejissoru Aleksey Smirnov, xormeysteri Xalq artisti Gülbacı İmanova, konsertmeysteri Yuliya Kərimova, quruluşçu rəssamı Yelena Bodrovadır.

Operada əməkdar artistlər Fəridə Məmmədova, Anton Ferştandt, Səbinə Əsədova, Adil Axundov və başqaları çıxış ediblər.

Görkəmli rus bəstəkarı P.Çaykovski 1890-cı ildə Florensiyada olarkən “Qaratoxmaq qadın” operası üzərində işləməyə başlayıb və cəmi 44 günə bu əsəri tamamlayıb. Operanın librettosu dahi rus şairi Aleksandr Puşkinin eyniadlı povestinin motivləri əsasında qələmə alınıb.

 

Mədəniyyət.- 2019.- 15 mart.- S.3.