Akademik Musiqili Teatrda yeni komediyanın məşqləri
başlayıb
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti musiqisi bəstəkar, Xalq artisti Səid Rüstəmova, librettosu yazıçı Məmməd Səid Ordubadiyə məxsus olan “Beş manatlıq gəlin” komediyasının məşqlərinə başlayıb.
Tamaşanın süjet xəttindəki hadisələr məişət mövzusunda olsa da, məna çalarları ilə, gözlənilməz və komik vəziyyətlərlə xoş ovqat yaradır.
Xor və balet artistlərinin də iştirak edəcəyi tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri əməkdar artistlər Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Tamilla Aslanovadır.
Rolları xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova,
əməkdar artistlər Novruz Əliyev,
Əkbər Əlizadə və başqaları
canlandıracaqlar.
Mədəniyyət.- 2019.- 15 mart.-
S.3.