Belqrad səhnəsindən təəssüratlar

 

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik OperaBalet Teatrı ilə Serbiya Milli Operası arasında əməkdaşlıq çərçivəsində Belqrad səhnəsində nümayiş olunan C.Puççininin “Bohema” (23 fevral) və C.Verdinin “Trubadur” (27 fevral) operalarında vokalçımız, Əməkdar artist Afaq Abbasova çıxış edib. Hər iki tamaşanı Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edib.

Operalarda MimiBohema”) və LeonoraTrubadur”) partiyalarını ifa edən Afaq Abbasova səfər təəssüratlarını bizimlə bölüşdü: “Hər iki tamaşa anşlaqla keçdi. Sevindirici haldır ki, Serbiyanın KİV-ləri bizim qastrolu Belqradın mədəni həyatında önəmli hadisə kimi işıqlandırdılar. Səhnəsində çıxış etdiyimiz teatrın kollektivibizi çox səmimi qarşıladı. Hər bir qastrol həm də müəyyən təcrübə və sənət əlaqələri yaradır. Serbiyanın Milli Teatrı ilə işləmək xoş oldu. Tamaşaçılar da bizi çox isti qarşıladı. Çıxışlarımızı izləməyə Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları və orada yaşayan həmvətənlərimiz də gəlmişdilər”.

Sənətçilərimizin Belqradda çıxışı yerli media tərəfindən geniş işıqlandırılıb.

Serbiyanın Milli Teatrının saytında, “Narodno pozoriste”, “Politika”, “Krstarica” qəzetlərində opera sənətinin bu şah əsərlərində növbəti dəfə səhnəyə azərbaycanlı soprano Afaq Abbasovanın çıxması, eləcə də tamaşaları azərbaycanlı dirijor Əyyub Quliyevin idarə etməsi xüsusi qeyd olunub. Vurğulanıb ki, uğurlu karyeraya sahib Afaq Abbasova çoxsaylı operalarda dünyanın müxtəlif səhnələrində parlaq çıxışları ilə uğur qazanıb.

“Bu, əlbəttə ki, sevindirici bir hadisə idi. Bir sözlə, Belqrad səfərimiz çox uğurlu oldu. Martın 30-da isə öz opera səhnəmizdə “Aida”da çıxış edəcəyəm”, – deyə A.Abbasova bildirdi.

Onu da qeyd edək ki, əməkdaşlıq proqramı martın 16-da Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının səhnəsində C.Verdinin “Trubadur” operasında Serbiya Milli Operasının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Yasmina Trumbetaş Leonora partiyasında çıxış edəcək.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2019.- 6 mart.- S.8.