Moskvada Riad Məmmədovun triosunun konserti

 

 

 

MoskvanınBaşmetMədəniyyət Yaradıcılıq Mərkəzində Riad Məmmədovun triosunun konserti olub.

Pianoçu Riad Məmmədov, kontrabasçı İqor Kondur zərb alətləri ustası Yevgeni Ryabov moskvalı musiqisevərlərə muğam janrında Vaqif Mustafazadə Səid Rüstəmovun əsərləri mövzusunda interpretasiyalar təqdim ediblər.

Proqramına klassik caz musiqisinin nümunələri daxil edilmiş konsertin birinci hissəsində Riad Məmmədovun ifasında Frederik Şopenin, Aleksandr Skryabinin Sergey Raxmaninovun əsərləri səslənib.

Konsertin ikinci hissəsində Azərbaycan bəstəkarlarının əsərlərinə yer verilib. Məşhur caz bəstəkarı Vaqif MustafazadəninBaharDüşüncələrkompozisiyaları rəğbətlə qarşılanıb. SSRİ Xalq artisti Səid RüstəmovunGetmə, getmə, gəlmahnısı əsasında hazırlanmış caz kompozisiyasını isə Azərbaycanın Əməkdar artisti, tarzən Qorxmaz Axundov məharətlə müşayiət edib.

Qeyd edək ki, Riad Məmmədov caz-muğamın professional ifaçısı olmaqla yanaşı, bu musiqi janrını elmi cəhətdən təqdim edir.

 

Mədəniyyət.- 2019.- 6 mart.- S.8.