“Gözmuncuğu”
özbək dilində
Daşkənddəki “Zamin nashr” nəşriyyatı Xalq yazıçısı Anarın “Gözmuncuğu” kitabını özbək dilində çap edib.
Əsəri özbək dilinə ədəbiyyatımızın yaxın dostu Babaxan Məhəmməd Şərif çevirib.
Kitaba yazıçının
eyniadlı povesti daxil edilib.
Xatırladaq ki, Anar müasir
Azərbaycan yazıçıları
arasında Özbəkistanda
çox tanınır.
Son illərdə Daşkənddə
Anarın “Mən, sən, o və telefon” və “Qırmızı limuzin” kitabları işıq üzü
görüb.
Mədəniyyət.- 2019.- 6 mart.-
S.7.