Afaq Məsudun kitabı Gürcüstanda nəşr edilib

 

 

 

Tanınmış yazıçı-dramaturq, tərcüməçi Afaq Məsudun kitabı Gürcüstanın “Merani” nəşriyyatında çapdan çıxıb.

Gürcüstan Yazıçılar Birliyinin dəstəyi ilə ərsəyə gətirilmiş kitaba yazıçının “Azadlıq” romanı, müxtəlif illərdə qələmə aldığı “Qəza”, “II İohan”, “Gecə”, “Şənbə gecəsi”, “Uydurma”, “Qu quşu”, “Kirxa”, “Dovşanın ölümü” və başqa hekayələri daxil edilib.

Gürcüstan Yazıçılar Birliyinin sədri Bağater Arabuli kitaba ön sözündə yazır: “Afaq Məsud Azərbaycanın böyük ədəbi simaları pleyadasının ən layiqli nümayəndələrindəndir. Qonşu xalqın müasir bədii ədəbiyyatını onun parlaq yaradıcılığı olmadan təsəvvür etmək mümkün deyil.

Belə deməyə əsas yaradan nədir? Biz onun yazıçı dünyasının zənginlikləri ilə, sözün əsl mənasında, yalnız indi tanış olmağa başlayırıq. Bu fakt isə təəssüf doğurur. Bəli, təəssüf doğurur, çünki on bir hekayə və bir romandan ibarət olan bu kitabın müəllifi böyük yazıçılarla bir sırada dayanan, ədəbiyyatda tamamilə fərqli bir yer tutan monumental bir simadır. OnunCan üstə” və “Sərçələr” hekayələri gürcü oxucusuna yaxşı tanışdır. Bu əsərlərdən heç birisüjet, nə fabula, nə də mövzu baxımından bir-birinə bənzəmir. Amma onları birləşdirən bir şey var: bu, dövrün nəbzi, zamanın nəfəsidir, amansız zamanın nəfəsi”.

Kitabı gürcü dilinə İmir Məmmədli tərcümə edib.

 

Mədəniyyət.- 2019.- 6 mart.- S.7.