“Yaradıcı gənc əllər” sərgisi
Xətai Sənət Mərkəzində martın 2-də açılan növbəti sərgi yaradıcı gənclərə dəstək məqsədi daşıyır.
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə, Nigar Yusupovanın layihəsi üzrə reallaşan “Yaradıcı gənc əllər” adlı sərgidə ümumilikdə 50-dən artıq gəncin əl işləri və rəsmləri yer alıb.
Sərgidə müxtəlif əl işlərindən ibarət stendlər, o cümlədən rəsmlər, muncuqdan, saplardan düzəldilən bəzək əşyaları, təbii ağacdan və epoksi maddəsindən hazırlanmış aksesuarlar, dekorativ əşyalar, daş üzərində çəkilən əsərlər nümayiş olunub.
Ekspozisiyada həmçinin Koreya Respublikasına aid bəzək əşyaları, jurnallardan ibarət guşə, bu ölkənin milli geyimi olan “hanbok” da təqdim olunub.
Tədbir istedadlı gənclərdən Cavidan Fatihi və Sevinc Rəhimovanın royal
və gitarada ifaları, Natiq
Musazadənin moda nümayişi
ilə də yadda qalıb.
Mədəniyyət.- 2019.- 6 mart.-
S.7.