Lənkəran teatrı məktəbin
qonağı olub
Lənkəran Dövlət Dram Teatrının yaradıcı kollektivi “Məktəb və teatr” layihəsi çərçivəsində növbəti görüşünü martın 2-də şəhər 10 saylı tam orta məktəbin müəllim və şagirdləri ilə keçirib.
Məktəbin direktoru Qadir Axundov teatr tamaşalarının gənc nəslin mənəvi tərbiyəsində və dünyagörüşünün artmasında mühüm rolundan danışıb.
Teatrın direktoru Tofiq Heydərov kollektivin son illərdəki uğurları, qarşıdakı dövr üçün yaradıcılıq planları barədə məlumat verib.
Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Oruc Qurbanov, quruluşçu rejissor, Əməkdar artist Adil Zeynalov, teatrın aparıcı aktyorlarından Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, aktrisalar Şarud Mehdiyeva və Qızılgül Quliyeva teatrla məktəblərin münasibətlərinin möhkəmləndirilməsinin vacibliyindən bəhs ediblər.
Şəhər Təhsil Şöbəsinin müdir müavini Güloğlan Bağırov Lənkəran Dövlət Dram Teatrının “Məktəb və teatr” layihəsini təqdir edərək teatrın kollektivinə təşəkkürünü bildirib.
Sucəddin Mirzəyevlə Qızılgül Quliyevanın ifasında nümayiş olunan “Əcnəbi kürəkən” (müəllif Maarif Məmmədov) tamaşasından bir parça müəllim və şagirdlər tərəfindən alqışlarla qarşılanıb.
Sonda şagirdləri
maraqlandıran suallar cavablandırılıb.
Mədəniyyət.- 2019.- 6 mart.-
S.5.