Dövlət Musiqili və Rus Dram teatrlarına “akademik”
status verilib
Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilib. Prezident İlham Əliyev bununla bağlı martın 5-də sərəncam imzalayıb.
Sərəncamda Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə hər iki teatra “akademik”
statusu verilməsini on
beş gün müddətində
təmin etmək, Azərbaycan Respublikası Prezidentinin
aktlarının bu sərəncama
uyğunlaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin
normativ hüquqi
aktlarının bu sərəncama
uyğunlaşdırılmasını üç
ay müddətində təmin etmək
tapşırılıb.
Mədəniyyət.- 2019.- 6 mart.-
S.2.