Musiqişünas alimin 70 illiyi qeyd olunub
Martın
1-də Azərbaycan Bəstəkarlar
İttifaqında Ü.Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının professoru,
sənətşünaslıq elmləri doktoru, “Musiqi dünyası” jurnalının baş redaktoru Tariyel Məmmədovun 70 illiyinə
həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Bəstəkarlar İttifaqının
sədri, Xalq artisti Firəngiz Əlizadə, Azərbaycan
Aşıqlar Birliyinin
sədri, Əməkdar
elm xadimi Məhərrəm
Qasımlı musiqişünasın
həyat və yaradıcılığından söz açıblar.
Vurğulanıb ki, hər iki
yaradıcı qurumun idarə heyətinin üzvü olan Tariyel Məmmədov dəyərli ziyalı, təvazökar alimdir. O, xalq musiqisinin öyrənilməsi
və tədqiq olmasında da çox böyük işlər görüb.
Tədbirdə professorlar Rəna
Məmmədova, Kamilə
Dadaşova, Könül
Nəsirova və Cəmilə Həsənova
Tariyel Məmmədovun
elmi yaradıcılığı,
o cümlədən aşıq
sənətinin tədqiqi,
alimin “Musiqi dünyası” jurnalının
yaradıcısı və
baş redaktoru kimi fəaliyyəti, musiqişünaslıqda müasir
texnologiyaların tətbiqində
roluna dair məruzələri dinlənilib.
Sonda yubilyar
çıxış edərək tədbirin təşkilatçılarına
və iştirakçılarına minnətdarlığını
bildirib. Tədbirdə konsert
proqramı təqdim olunub.
Mədəniyyət.- 2019.- 6 mart.-
S.4.