Dirijorlarla görüş” layihəsinin növbəti qonağı

 

 

 

Martın 1-də “Dirijorlarla görüş” layihəsi çərçivəsində Niyazinin mənzil-muzeyində Əməkdar artist, dirijor, pianoçu, bəstəkar Turan Manafzadə ilə görüş keçirildi.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Rza Bayramov çıxış edərək qonağı tədbir iştirakçılarına təqdim etdi.

Muzeyin şöbə müdiri Xanım Abdinova gənc musiqiçinin yaradıcılığı haqqında məlumat verdi. Bildirdi ki, Turan Manafzadə 2004-cü ildə İstanbulda keçirilən “Galleriapiano yarışmasında “Mansion” mükafatına layiq görülüb. 2008-ci ildə “Ədirnə Rotariklubunun təşkil etdiyi beynəlxalq piano müsabiqəsində 2-ci yeri tutub. Qatıldığı digər musiqi yarışlarında müxtəlif mükafatlar əldə edib. Avropanın bir çox şəhərlərində konsertlər verib. 2017-ci ildə 28 MayRespublika Günü münasibətilə Azərbaycanın İstanbuldakı Baş konsulluğunun təşkilatçılığı ilə pianino konserti təqdim edib. Həmin ilin iyulunda Şimali Kipr Türk Respublikasında 3-cü Beynəlxalq İpək Yolu Musiqi Konfransı çərçivəsində “İpək Yoluorkestrinin rəhbəri kimi konsert proqramı ilə çıxış edib. Konsertdə Qara Qarayev, Ferit Anlar, Hasan Uçarsu, Xatirə Əhmədli Cəfər kimi Türk dünyasının məşhur bəstəkarlarının əsərləri ifa olunub. 2018-ci ilin mayında İstanbul Dövlət OperaBalet Teatrında bəstəkar G.F.HandelinApollo və Dafnə” əsəri onun dirijorluğunda təqdim olunub.

Qeyd olundu ki, gənc dirijor 2017-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə Əməkdar artist fəxri adına layiq görülüb.

Sonra söz Turan Manafzadəyə verildi. O, yaradıcılıq planlarından danışdı. Tədbir iştirakçılarının suallarını cavablandırdı. Dünya klassiklərinin əsərlərindən öz bəstələrindən ibarət musiqi proqramı ilə çıxış etdi.

Gənc musiqiçinin ilk musiqi müəllimlərindən musiqişünas Sevinc İbrahimova, Xalq artisti Azər Dadaşov Əməkdar incəsənət xadimi Məmmədağa Umudovun ifaları dinlənildi.

Musiqiçinin atası, pianoçu, Əməkdar artist İslam Manafov maestro Niyazi ilə bağlı xatirələrini bölüşdü. O, görüş iştirakçılarına muzeyin rəhbərliyinə minnətdarlığını bildirdi.

Sonda Turan Manafzadənin iştirak etdiyi konsertlərdən video-fraqmentlər slayd-şou nümayiş olundu.

 

SAVALAN

 

Mədəniyyət.- 2019.- 6 mart.- S.4.