İstanbulda azərbaycanlı rəssamın
“Bəyaz körpü”sü
Azərbaycanın Xalq rəssamı, UNESCO-nun nəzdində Dünya Rəsm Akademiyasının üzvü, ADMİU-nun professoru Arif Əzizin əsərləri İstanbulda sərgilənir.
Üsküdar Bələdiyyəsinin dəstəyi ilə martın 6-da “Yeni məkan” qalereyasında (“Nevmekan Galeri”) təşkil olunan “Bəyaz körpü” adlı sərginin açılış mərasimində çıxış edən rəssam İstanbulda əsərlərinin ilk dəfə 1995-ci ildə nümayiş olunduğunu diqqətə çatdırıb. Sərginin adı ilə bağlı danışan A.Əziz bəyazın saflıq və təmizliyin, körpünün isə insanların bir-birinə yaxınlaşmasının rəmzi olduğunu bildirib.
Tədbirdə çıxış edən Üsküdar Bələdiyyəsinin başqanı Hilmi Türkmən deyib: “Azərbaycanla Türkiyə arasında sərhəddin olmasına baxmayaraq biz iki dövlət bir millətik”, - deyə qeyd edib.
H.Türkmən bu cür tədbirlərin iki ölkə arasındakı bağların daha da möhkəmlənməsinə xidmət etdiyini söyləyib.
Sərgi çərçivəsində “Trio Mirakulum” qrupunun ifasında Azərbaycan və Türk musiqiləri səsləndirilib.
Rəssamın son 20 ildə
işlədiyi 86 rəsm əsərinin yer
aldığı sərgi aprelin 12-dək davam edəcək.
Mədəniyyət.- 2019.- 8 mart.-
S.8.