Milli Kitabxanada bayram sərgisi
Martın 7-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “8 Mart Beynəlxalq Qadınlar Günüdür” adlı kitab sərgisi açılıb.
Kitabxanadan bildirilib ki, bu əlamətdar gün qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbətin tərənnümünü ənənəvi hala gətirib. Azərbaycan xalqı dünyaya bəşər mədəniyyəti xəzinəsinin incilərini yaradan görkəmli xanım ədiblər, tarixi şəxsiyyətlər, elm və sənət adamları bəxş edib.
Sərgidə tarixdə və müasir
Azərbaycanın ictimai-siyasi həyatında
iz qoymuş
qadınlar, onların həyat və
yaradıcılığına dair ədəbiyyat,
analar, qadınlar haqqında
yazılmış kitablar və dövri mətbuat materialları nümayiş olunur.
Mədəniyyət.- 2019.- 8 mart.-
S.4.