Berlində Azərbaycan mədəniyyəti axşamı

 

 

 

Turizmin inkişafında mədəniyyətlərin ünsiyyətinin rolu vacibdir. Bu sözləri Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid martın 7-də “İTB Berlin 2019” turizm sərgisi çərçivəsində təşkil olunan Azərbaycan mədəniyyəti axşamı tədbirinin açılışında deyib.

Dövlət Turizm Agentliyindən bildirilib ki, Almaniyanın ən böyük turizm və səyahət şirkətlərinin nümayəndələri, turizm üzrə bloger və influenserlərin iştirak etdiyi gecədə Azərbaycan  musiqilərdən ibarət kompozisiyalar tarda qonaqlara təqdim olunub, həmçinin bəstəkar və pianoçu İsfar Sarabski çıxış edib.

Tədbirdə fotoqraf Orxan Aslanovun “Mənim Azərbaycanım“ adlı sərgisi də nümayiş etdirilib.

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov tədbirdə çıxış edərək ölkəmizin turizm potensialının zənginliyi haqqında danışıb.

 

Mədəniyyət.- 2019.- 8 mart.- S.2.