MuzeydəMilli geyim incilərimizadlı sərgi

 

 

Xaçmaz Tarix-Diyarşünaslıq MuzeyindəMilli geyim incilərimizadlı sərgi təşkil olunub. 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən sərgi şimal  bölgəsinin Azərbaycanın digər bölgələrinin milli geyim nümunələrinə həsr olunub.

Tədbirdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Samir Nemətov iştirak ediblər.

Muzeyin direktoru  Pakizə Mehdiyeva sərgi haqqında məlumat verib. Bildirib ki, sərgidə 80-dək geyimeksponatlar yer alıb. Sərgi üçün məxsusi olaraq milli geyim nümunələri tikilib və hər bölgənin özünə xas elementləri nəzərə alınıb. Quba kəndlərinin qədim geyim və həyat tərzini əks etdirən, muzey kollektivinin hazırladığı maketlər, milli geyimli gəlinciklər sərgi iştirakçılarının xüsusilə marağına səbəb olub.

 

Mədəniyyət.- 2019.- 8 mart.- S.5.