Milli Dram Teatrında “12-ci gecə...”
Azərbaycan Dövlət Akademik
Milli Dram Teatrında Uilyam Şekspirin “12-ci gecə, yaxud hər nə istəsəniz“ əsəri
əsasında hazırlanan
eyniadlı tamaşanın
premyerası olub.
Tamaşanın quruluşçu rejissoru,
rəssamı və musiqi tərtibatçısı
Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Ceyran Həsənli, vokal üzrə repetitoru Zeynəb Safina, video-vizualizasiya rəssamları Fərid Əhmədov və Azər Süleymanovdur.
Səhnə əsərində əməkdar
artistlər Elşən
Rüstəmov, Anar Heybətov, Ayşad Məmmədov, Aslan Şirin, Məsmə Aslanqızı, aktyorlar Elnar Qarayev, Vüsal Məmmədov, Ziya Ağa, Vüsal Mustafayev, Rəşad Bəxtiyarov, İlahə Həsənova,
Nigar Güləhmədova,
Xədicə Novruzlu və Əlif Cahangirov rol alıb.
Tamaşanın dekorasiyası ənənəvi
formada yox, monitorlar vasitəsilə qurulub. Səhnə əsərində klassika ilə müasirliyin vəhdəti
əksini tapıb.
Aktyorların geyimlərində həm Şekspir dövrünün, həm
də müasir dövrün geyimlərinə
müraciət edilib.
Eləcə də musiqi
seçimində klassik
musiqi ilə yanaşı müasir musiqi, roka yer
verilib.
Böyük maraqla qarşılanan tamaşa
haqqında növbəti sayımızda ətraflı söhbət
açılacaq.
Mədəniyyət.- 2019.- 8 mart.-
S.4.