“Gənclərə dəstək” layihəsindən
xanımlara musiqi töhfəsi
Martın 6-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalında “Gənclərə dəstək” layihəsi çərçivəsində 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert proqramı təqdim olundu.
Konsert proqramında respublika və beynəlxalq müsabiqələr laureatları çıxış etdilər. Musiqi gecəsində Fikrət Əmirovun “Sevilin rəqsi”, Cövdət Hacıyevin “Ballada”, Əzizə Mustafazadənin “Şəhrizad”, Frederik Şopenin “Yaz”, Leopold Motsartın “Büre”, Fransis Pulenkin “Romans” və digər əsərlər ifa olundu.
F.HÜSEYNOV
Mədəniyyət.- 2019.- 8 mart.-
S.3.