Qızıl açarı nə vaxt tapa bilərik?

 

 

 

Qızıl açar... Adından da belə görünür ki, bu açar çox şeyə qabildironun kilidinə düşəcəyi qapının arxasında maraqlı, qeyri-adi, hətta sehrli nələrsə gizlənə bilər. Bəlkə də həmin qapının arxasında olanlardan pis adamların xəbər tutması heç gərək deyil. Axı, onlardan nə desəniz, gözləmək olar.

Elə şahidi olduğumuz əhvalatın qəhrəmanları da bizim kimi təşviş içindədirlər, istəmirlər ki, qızıl açar zülmkar Karabas-Barabasın əlinə düşsün! Bəs bu əhvalat necə cərəyan edəcək, qızıl açar kimdə qalacaq?

Yəqin ki, söhbətin hansı əhvalatdan və kimlərdən getdiyini təxmin etdiniz. Məsələ ondadır ki, həmin söhbətə mövzu olacaq əhvalat bu dəfə Azərbaycan Dövlət Musiqili Teatrında baş verəcək, tanıdığımız sevimli nağıl qəhrəmanları bu səhnədə bizimlə görüşə gələcəklər. Amma əsas qəhrəman Karlo Koldoninin Pinokkiosu yox, Aleksey Tolstoyun Buratinosu olacaq. Məşhur rus yazıçısının “Qızıl açaryaxud Buratinonun macəraları” nağıl-povesti əsasında hazırlanan tamaşanı kollektiv tezliklə balaca teatrsevərlərə təqdim edəcək.

Biz isə ənənəmizə sadiq qalaraq tamaşanın məşq prosesini izləməyə gəlmişik.

 

Salon sakit, tamaşaçısız, səhnə işıqlı və dekorlu. Elə bu an quruluşçu rejissor Elməddin Dadaşovun səsi eşidilir. O, rejissor assistenti Sevinc Məmmədovanın adını çəksə də, bu çağırış tamaşada məşğul olan hər kəsə aiddir, yəni assistent sənə deyirəm, aktyorlar, siz eşidin:

- Sevinc, hər kəs yerində olsun. Pərdə açılanda mən heç kimi səhnədə görməyim. Ta elə olmasın ki, hər kulisdən kimsə səhnəyə boylansın. Kulisdə tam səssizlik! İkinci zəng çalınır başlayırıq.

Səssizlik  demişkən, aktrisa Gülcahan Salamovanın səsi bu tamaşada Nağılçı rolunda çıxış edir. Səhnədə özü görünməsə , səsi tamaşaçıları baş verəcək hadisələrə hazırlayır. O, şirin, maraqlı nəyinsə baş verəcəyinə tamaşaçını hazırlayan səs tembri ilə Karlo atanın (Ağaxan Şərifov) darıxmamaq üçün özünə odundan bir oğlan uşağının fiqurunu yonduğundan, sonradan oduncaq oğlanın əsl insan kimi canlanmasından bəhs edir.

Tamaşa üzərində çalışmalar yekunlaşmaq üzrədir deyə, quruluşçu rejissor məşq prosesini saxlamır, sadəcə, iştirakçıların tempdən çıxmamasına, mizanların pozulmamasına nəzarət edir. Baletmeyster, Əməkdar artist Yelena Ağayeva isə aktyorların rəqsinə plastikasına diqqət yetirir, onların hərəkətlərinin musiqinin taktına uyğun gəlməsi üçün xırda düzəlişlərini edir.

Yaradıcı heyətin adını çəkmişkən, deyək ki, bu, illərdən bəri teatrda həm aktyor, həm rejissor kimi çalışan, bir çox tamaşada rejissor assistenti ikinci rejissor olmuş Elməddin Dadaşovun quruluş musiqi tərtibatı verdiyi ilk müstəqil  tamaşasıdır. Tamaşanın bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru  Əliqismət Lalayev, quruluşçu rəssamı Vüsal Rəhim, baletmeysterləri əməkdar artistlər Yelena Zakir Ağayevlərdir.

Rejissorun aradabir tamaşanı saxlayaraq, gah işığı, gah aktyorların çıxışını nizamlaması olmasa, tamaşanı bitmiş hesab etmək olar. Hazır demişkən, arada quruluşçu rejissor Elməddin Dadaşov sözünü unudan, çıxışa ləngiyən aktyorların ünvanına atmaca atır: “Yox eee… biz hazırıq, lap elə sabah tamaşanı təhvil verərik”. Yəqin atalarsözün düzünü zarafatla deyərlərifadəsini bu halları nəzərə alaraq söyləyiblər.

Amma hansı aktyorun özündən arxayın olduğunu bilə bilmədik. Bir ki, nəyimizə gərək? Qoy, sənət mətbəxinin sözü-söhbəti elə mətbəxdə qalsın, bizə səhnədə görəcəyimiz tamaşa bəsdir.

Tamaşaya gəlincə, əsəri dilimizə Əməkdar artist Nicat Kazımov çevirib. Musiqi tərtibatında isə 1975-ci ildə istehsal olunmuş «Buratinonun macəraları» filminə yazılmış musiqidənməşhur bəstəkar Aleksey Rıbnikovun dillər əzbəri olan musiqisinin aranjimanından istifadə edilib, mahnılara Azərbaycan dilində yeni mətn yazılıb. Səhnə əsərində əməkdar artistlər Səmayə Musayeva, Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Gülnarə Abdullayeva, Rəsmiyyə Nurməmmədova, Ağaxan Şərifov, Ruslan Mürsəlov, Telnaz Hüseynova, Gülnarə Əzizova, Hüseyn Əlili, Səmədzadə Xasıyev, Zaur Əliyev, Mehriban Rəcəbova, Elnarə Nağdəliyeva, Gülçöhrə Abdullayeva, Nərmin Əliyeva, Eleanora Mehdiyeva Rauf Babayev məşğuldur.

Uzun illər uşaq tamaşalarında çıxış etməmiş tanınmış aktyorlar Səmayə Musayeva (Tortila tısbağa), Nahidə Orucova (Alisa tülkü), Möylə Mirzəliyev Məhərrəm Qurbanov (Karabas-Barabas) da həvəslə məşq edirlər. Hətta Nahidə xanımın ədalarına min bir çalar qatdığı Alisası hiyləgər qadınlardan, Səmayə xanımın Tortilası xeyirxah, bütün uşaqları sevən, səbirli pedaqoqlardan geri qalır.

Məşq bitir, rejissor qeydlərini aktyorlara bütün yaradıcı-texniki heyətə bildirir, rejissor köməkçisi isə bir neçə aktyora baletmeyster Yelena xanımın onları yuxarıda rəqs zalında gözlədiyini deyir. Deməli, rəqslərdə nəsə hələ tam yerində deyil. Olsun, premyerayadək hər şey yerini alacaq.

 

Biz isə quruluşçu rejissor Elməddin Dadaşov ilə söhbət edirik.

- Elməddin, deyəsən, sizinBuratinoheç hamımızın ən azı filmdən tanıdığımız Buratino olmayacaq.

- Deyəsən, elədir. Əsərin səhnə variantında bir sıra obrazları ixtisara salmışıq: aşpazlar, polislər yoxdur, əvvəzindəsə Tortilanın köməkçisi qurbağa Bubi var.

 

- Aktyorların səhnədəki geyimləri diqqətimizi çəkdi

- Teatrımızın geyim rəssamı Yelena Almazova çox gözəl geyimlər hazırlayıb, obrazların qiyafəsi üzərində həvəslə işləyib. Əminəm ki, uşaqlar sevimli qəhrəmanların xarici görünüşünü çox bəyənəcəklər.

 

- Teatrdakı uşaq tamaşalarının fonoqram musiqi ilə müşayiət olunduğunu bilirik. Amma duyduğum qədərBuratino”nun da musiqi tərtibatında orkestr işləməyib.

- Elədir, tamaşanın musiqi tərtibatı məsələsi müzakirə ediləndə Əliqismət müəllim maraqlandı ki, sənin üçün çətin olmaz ki? Cavab verdim ki, özümü bu işdə də sınamaq istəyirəm. Aleksey Rıbnikovun həm “Buratino” filminə, həm digər bədii və cizgi filmlərinə yazdığı musiqiləri, mahnılarını, bütövlükdə 500-ə qədər musiqi nömrəsini dinləyib yığmışdım. Həmin musiqi nömrələrinin əsasında tamaşanın partiturasının hazırlanmasına təxminən iki il vaxt sərf etmişəm, dicey dostlarımın köməyilə musiqini bu gün eşitdiyiniz hala gətirmişik.

 

Buratino” tamaşasının son ştrixləri dəqiqləşdirilir, rəqs nömrələri cilalanır, aktyorların səhnə libaslarına alışması prosesi gedir. Axı premyeraya az qalıb. Martın 9-da və 10-da Buratino dostları Pyero, Malvina, Artemon ilə balaca teatrsevərləri Musiqili teatrda gözləyəcək. Düzdür, onlar tək deyillər, yumşaq qəlbli Karlo ata da, əzazil Karabas-Barabas da, xeyirxah Tortila da, hiyləgər Bazilio ilə Alisa da onlarla birlikdədir. Üstəlik, tamaşanın musiqisi qəhrəmanları kimi balacaların xoşuna gəlməklə yanaşı, onların valideynlərini bir qədər keçmişə, qayğısız uşaqlıq çağlarına qaytaracaq.

 

Gülcahan MİRMƏMMƏD

 

Mədəniyyət.- 2019.- 1 mart.- S.5.