Türk dünyasından əzgilər” Budapeştdə başa çatıb

 

 

Xəbər verdiyimiz kimi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY qopuz, komuz, qanunbağlama kimi qədim türk musiqi alətlərini bir araya gətirərək “Türk dünyasından əzgilər” adlı konsert turları keçirir.

Qazaxıstanın Qızılorda Kamera Orkestrinin və müxtəlif türkdilli ölkələrin solistlərinin iştirakı ilə ilk konsert Bursada gerçəkləşmişdi.

Daha sonra Şərqi Avropa turuna çıxan kollektiv Bosniya və Herseqovinanın paytaxtı SarayevodaSerbiyada çıxış etmişdi. Fevralın 18-dən 26-dək davam edən turnedə sonuncu konsert Macarıstanın paytaxtı Budapeştdə reallaşıb.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən sənətçilərin bir araya gəldiyi proqram tamaşaçılarda böyük maraq doğurub. Kollektivə - uyğur kökənli qazaxıstanlı maestro Anvar Akbarov və türkiyəli Seval Kadıoğlu dirijorluq edib.

 Konsertdən əvvəl çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov orkestrin çox uğurlu bir turne həyata keçirdiyini deyib. Həmçinin bildirib ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə sənətkarlarının yer aldığı konsert proqramında macar sənətkarlarını da görmək istəyir.

Yunus Əmrə İnstitutunun rəhbəri Şərəf Atəş isə qurumun Budapeştdə düzənlədiyi proqramlarla türkmacar xalqlarını yaxınlaşdırmağa çalışdıqlarını və bu tədbirin eyni mərama xidmət etdiyini vurğulayıb.

Konsert proqramında Azərbaycandan olan sənətçi, Əməkdar artist Çinarə Heydərovanın qanun (kanon) alətində ifa etdiyi Nazim Əliverdibəyovun “Elegiya” və Dadaş DadaşovunSkertso” əsərləri dinləyicilərdə unudulmaz təəssürat yaradıb.

 

Mehparə SULTANOVA

Ankara

 

Mədəniyyət.- 2019.- 1 mart.- S.8.